İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
10:54 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 107 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ prezidenti Donald Tramp 13 iyunda İsrailin İrana hücumu ilə başlayan qarşıdurmanın 12-ci gününün sübh saatlarında iki ölkə arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb. Tramp razılaşmadan sonra tərəflərin razılaşmanı pozmaması barədə xəbərdarlıq edib. Bu atəşkəs müharibənin getdikcə daha çox can və mal itkisinə səbəb olduğu bir vaxtda kritik addım hesab olunur. Bəs, İran-İsrail atəşkəs şərtləri bəllidirmi, bunlar nədir?
İran və İsrail arasında davam edən gərginliyin son təfərrüatları gündəmdədir. ABŞ prezidenti Donald Tramp bu gün səhər saatlarından etibarən İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. İran dövlət televiziyası atəşkəsin saat Bakı vaxtilə 08:00-dan qüvvədə olacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp açıqlamasına görə “Atəşkəs 12 saat davam edəcək. Atəşkəs 6 saat sonra başlayacaq. Bu müddətin sonunda müharibə rəsmən sona çatacaq. Atəşkəsi ilk başladan İran olacaq. İsrail 12 saat sonra atəşkəsə qoşulacaq”, deyib. Tramp İran və İsrailə “Lütfən, atəşkəsi pozmayın”, – xahişini edib.
“NBC News”a telefonla müsahibə verən Tramp, İsrail və İran arasında baş verən qarşıdurmalar nəticəsində çoxlu insanın həyatını itirdiyini bildirib. Vəziyyətin daha da pisləşə biləcəyini və bütün Yaxın Şərqi məhv edə biləcəyini iddia edən Tramp iki ölkə arasında atəşkəsin vacibliyinə diqqət çəkib. Tramp “Amerika üçün əla bir gündür. Yaxın Şərq üçün əla bir gündür. İşi bitirə bildiyim üçün çox xoşbəxtəm” deyib. Atəşkəsin müddəti ilə bağlı suala Tramp, “Məncə atəşkəs qeyri-məhduddur. Bu, sonsuza qədər davam edəcək”, – deyib. İki ölkə arasında münaqişənin tamamilə bitdiyini bildirən Tramp, İsrail və İranın bir daha nə vaxtsa bir-birinə atəş açacağına inanmadığını bildirib.
Tramp sosial şəbəkədəki paylaşımında “Hər iki ölkə öz gələcəklərində böyük sevgi, sülh və rifah görəcək” deyib: “Onların qazanacaqları çox şey var, lakin həqiqət və haqq yolundan azarlarsa, itirəcəkləri də çox şey var”.
İsrail və İranın gələcəyinin hüdudsuz və böyük vədlərlə dolu olduğunu qeyd edən Tramp mesajını “Allah hər ikinizi qorusun”, – sözlərilə yekunlaşdırıb.