İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:55 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 142 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Yaxın Şərqdə müharibə böyüdükcə gözlər Tehrana çevrilib. İsrail və ABŞ-ın hücumlarından sarsılan İranda ən çox danışılan sual “Ayətullah Əli Xameneyi haradadır?” sualıdır. Həftələrlə ictimaiyyətə görünməyən İranın dini lideri ilə bağlı iddialar olduqca təəccüblüdür.
İranda müharibə başlayandan bəri ictimaiyyətə görünməyən Ayətullah Əli Xameneyinin harada olduğu rəsmən açıqlanmayıb. Bununla belə, Amerika mətbuatı dini liderin bunkerdə gizləndiyini yazır. “The New York Times” qəzetinə danışan İran rəsmilərinin sözlərinə görə, Xameneyi mümkün sui-qəsdə qarşı elektron rabitəsini tamamilə kəsib və komandirləri ilə yalnız etibarlı vasitəçi vasitəsilə əlaqə saxlayır. Bildirilir ki, İranın dini lideri ona sui-qəsd olacağı təqdirdə onun xələflərini də müəyyən edib.
Amerika prezidenti Donald Tramp iyunun 17-də etdiyi paylaşımda Xameneyiyə qarşı hədələyici ifadələr işləmişdi: "Biz qondarma ali liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu ən azından indi aradan götürməyəcəyik. Səbrimiz tükənir".
Bu hədədən sonra İsrail mediası Lavizandakı yeraltı qərargahın vurulduğunu iddia edib. İran bu iddianı nə təkzib, nə də təsdiqləyib. İsrailin müdafiə naziri İsrael Katz, “İranın simvollarını hədəf alırıq” deyərək, rejimin daxili təhlükəsizlik strukturuna birbaşa hücum edildiyini açıqlayıb.
***
Digər tərəfdən, İrandakı kəşfiyyatın zəifliyi də müzakirə mövzusudur. Yüksək vəzifəli məmurlar düşmənin ən həssas səviyyələrə sızdığını qəbul edirlər. Xüsusilə komandirləri hədəf alan sui-qəsdlərin artması qorxunu da artırıb. Bu səbəbdən İran hökuməti bütün yüksək vəzifəli şəxslərin gizli fəaliyyətə keçməsini tələb edib. Mülki və hərbi rəhbərlərə mobil telefonlardan istifadə qadağan edilib və internet böyük ölçüdə kəsilib.
***
Xameneyinin susqunluğu İran xalqında da rezonans doğurub. Tehran küçələrində etirazlar davam edərkən, dini liderin portretləri də gəzdirilir. Lakin bunkerdən gələn mesaj “İran xalqı məcburi müharibəyə təslim olmayacaq”, – mesajıdır.
Ekspertlərin fikrincə, Xameneyi 36 illik rəhbərliyinin ən kövrək dövrünü yaşayır. Həm daxili reaksiyalar, həm də xarici hücumlar İran rejimini küncə sıxışdırıb.