İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:28 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Dünən İsrail və İran arasında hərbi münaqişənin dayanmasına və onun nəticələrinə qiymət vermək üçün son iki ilin hadisələrinə diqqət yetirmək lazımdır.
Əvvəlcə tarixə kiçik ekskurs edək.
13 iyun tarixində başlayan İranın bombardmanını “İsrailin təcavüzü” kimi qiymətləndirmək nə qədər düzgündür?
– 1979-cu ilə qədər İranın İsraillə olduqca isti siyasi münasibətləri olub.
– İran İsraili dövlət kimi tanıyan ilk müsəlman dövlətlərindən biri idi.
– İran İsrailə neft ixrac edirdi.
– 1979-cu ilin İslam inqilabından sonra hakimiyyətə gələn molla rejimi İsraili düşmən elan edib və ümumiyyətlə dövlət olaraq öz varlığının əsas mahiyyəti kimi İsrailin məhvini elan etmişdi.
– İslam Respublikası məhz İsrailə qarşı düşmənçilik və təbliğ etdiyi nifrət əsasında, Yaxın Şərqdə öz geosiyasi təsirini genişləndirirdi (“HƏMAS”, “Hizbullah” və s.).
Başqa sözlərlə İsraillə düşmənçiliyin səbəbkarı və təşəbbüskarı məhz molla rejimi idi.
Gələk son 2 ilin hadisələrinə.
Son 2 il ərzində İsrail məqsədyönlü və davamlı şəkildə İranın terrorçu qüvvələrini (“HƏMAS”, “Hizbullah” və s.) sıradan çıxarmaqla məşğul idi. Prosesin kulminasiyası İranın əsas forpostu olan Suriyada Əsədin devrilməsiydi. Əsədin devrilməsi molla rejimi üçün son dərəcədə ağrılı idi, amma artıq həmin məqamda terror təşkilatları vasitəsilə prosesə müdaxilə etmək imkanları tükənmişdi.
Gördüyünüz kimi İsrail İranın Yaxın Şərqdəki mövqelərini vuraraq prosesi İranın öz sərhədlərinə, hətta daxilinə yönəldirdi və bu baş verdi. 13 iyunda İsrail İranın bombalamağa başladı.
İlk saatlardan İsrail səmada tam nəzarəti əldə etdi və 12 gün ərzində SEPAH-ın strateji obyektlərinə zərbələr endirirdi.
Nəticə etibarı ilə:
– İranın nüvə proqramına zərər endirilib (dərəcəsi hələ müəyyənləşdirilməyib və mübahisə mövzusudur);
– Nüvə silahının istehsalında iştirak edən bir çox alimlər zərərsizləşdirilib;
– Hərbi infrastruktura (HHM, HHQ, raketlər və s.) ciddi zərər vurulub (o cümlədən raket və PUA-ları istehsal potensialına);
– SEPAH-ın bir çox rəhbər şəxsləri zərərsizləşdirilib;
– Molla rejiminin repressiv aparatına güclü zərbələr nəticəsində, o, əhəmiyyətli dərəcədə zəifləyib;
– Və ən əsası İran İslam Respublikası de-fakto regional güc statusunu itirib.
Proses bitibmi? Təbii ki, yox, növbəti mərhələyə keçib və bunu heç kim gizlətmir (bunu İsrailin müdafiə naziri açıq şəkildə deyib).