İran nə İraq deyil, nə də Əfqanıstan?
Ölkədəki bütün millətlər bir himə bənddirlər
17:11 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkədəki bütün millətlər bir himə bənddirlər
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəsinin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib.
Bekayi Qətər mərkəzli “Əl-Cəzirə” televiziyasında canlı yayımda hücumlardan sonra İranın nüvə proqramı ilə bağlı sualları cavablandırıb.
Bekayi deyib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləməlidir və Tehranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququndan əl çəkməyəcəyini bəyan edib.
Bekayi İran parlamentinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiq etməsinə toxunaraq, hücumlardan sonra Tehranın MAQATE ilə əlaqələrini yenidən nəzərdən keçirməsinin təbii olduğunu şərh edib.
İsrail və ABŞ-ın hücumlarından sonra İranın nüvə obyektlərinin vəziyyəti ilə bağlı sualı cavablandıran Bekayi, ABŞ və İranın hücumları nəticəsində ölkəsinin nüvə obyektlərinin “ciddi şəkildə zədələndiyini” bildirib, lakin əlavə təfərrüatları açıqlamayıb.
ABŞ iyunun 22-də İranın Fordo, İsfahan və Natandakı 3 nüvə obyektinə hava zərbələri endirib.
ABŞ-da hazırlanan və CNN-də yayımlanan kəşfiyyat qiymətləndirməsinə görə, həftə sonu ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi hava zərbələri İranın nüvə proqramının fundamental strukturunu məhv etməyib, əksinə, yəqin ki, onu yalnız bir neçə ay geri salıb.
İsrail ordusu bu gün verdiyi açıqlamada “hücumlarda İranın nüvə proqramına dəymiş zərəri müəyyən etmək üçün hələ tez olduğunu, lakin Tehranın nüvə proqramının illərlə dala düşdüyünü” iddia edib.
***
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi NATO-nun baş katibi Mark Ruttenin İrana qarşı hərəkətlərinə görə ABŞ prezidenti Donald Trampa təbrik mesajına sərt reaksiya verib. Bekayi sosial media hesabından etdiyi paylaşımda, “NATO Baş katibinin müstəqil bir ölkəyə qarşı təcavüzkar hərəkəti həqiqətən fövqəladə olaraq xarakterizə etməsi və təbrik etməsi utanc verici, çirkin və məsuliyyətsizlikdir”, – deyib. Bekayi həmçinin, “Zülm və ədalətsizliyi dəstəkləyən şəxs namusdan məhrumdur. Cinayəti dəstəkləyən şəxs cinayətin ortağı və şəriki sayılır”.
ABŞ prezidenti Donald Tramp Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Liderlər Zirvə toplantısında iştirak etmək üçün yola düşərkən sosial media hesabında NATO-nun baş katibi Mark Ruttenin ona göndərdiyi təbrik mesajının ekran görüntüsünü paylaşıb. Rutte Trampa ünvanladığı mesajda “Sizi təbrik edirəm və İranla bağlı qətiyyətli addımınıza görə təşəkkür edirəm. Bu, başqa heç kimin etməyə cəsarət etməyəcəyi həqiqətən qeyri-adi bir hərəkət idi və bu, hamımızı daha təhlükəsiz hiss etməmizə səbəb oldu”, – deyib.