Plüşenko Azərbaycanı təmsil edəcək
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
09:02 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 166 dəfə baxılıb
Şriftin ölçüsü
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Hamı Rusiya ilə Azərbaycanın dövlətlərarası münasibətlərində baş verənlərin səbəbini öyrənmək istəyir, bəzi aktiv insanlar müxtəlif versiyalar səsləndirir.
Müşahidə etdiyimiz proseslərin əlamətinə və xarakterinə istinad edərək bir fərziyyə səsləndirmək mümkündür: Kreml 1988-ci ildə imperiyanın süqutunun başladığını hiss edərək bölgədə Azərbaycan və Ermənistanın nəzarətindən çıxmaması üçün onların əlinə “qandal” vurdu.
Qandalın biri Azərbaycanın, digəri Ermənistanın biləyinə taxıldı. Bu qandalın adı qanlı hadisələrlə müşahidə olunan Qarabağ problemi idi. Beləcə Moskva bunun sayəsində 35 ilə qədər hər iki ölkəni təsirində saxlamağa çalışdı, kartları elə payladıkı biri ilə digərinə təzyiq atmosferi yaratsın. Müəyyən qədər də buna nail oldu.
Azərbaycanın başlatdığı Vətən müharibəsi, ardınca Xankəndi əməliyyatı ilə bu qandal açıldı, Ermənistanda sonrakı mərhələdə buxovdan azad olmaq üçün öz çapında fəaliyyət göstərdi.
Nəticə olaraq Rusiyanın Cənubi Qafqazda təsiri azaldı, onun yerini Türkiyə və müəyyən qədər Avropa Birliyi doldurdu.
Rusiyanı narahat edən məqam budur. Qafqaz ölkələrinin əl-ələ verərək razılığa gəlmə ehtimalı, müstəqil siyasət aparmaları Rusiyanı ciddi narahat edir. Odur ki, Ermənistana casus şəbəkəsi olan Apostol kilsəsi, Azərbaycana isə Rusiyadakı soydaşlarımız vasitəsilə təsir və təzyiq etməyə, bu yolla regionun gələcək taleyində hegemon olmağa çalışır.
Həmçinin ABŞ-la əlaqələrinin tədricən düzəldəcəyini düşünən Rusiya, Avropa məkanında olmasa da Qafqazda, Orta Asiyada hegemonluğuna etiraz edilməyəcəyini proqnozlaşdıra bilər. İndi baş verənlərin detallarına toxunmadan, ehtimal ki, bu səbəblərdən Rusiya dişini qıcayır və
Qafqazdan getmək istəmir, əksinə təsirini artırmağı düşünür.
Azərbaycan liderinin indiyə qədər xarici siyasətdə atdığı addımlarda və dövlət maraqlarının qorunması məsələsində iradəsini sona qədər göstərdiyi məlumdur və bu təqdirə layiq haldır, üstünlüyümüzdür. Odur ki, hamımız həmrəy olmalı, soyuq başla düşünməli, populizmdən, xüsusilə kampaniyaçılıqdan kənarda durmaqla maraqlarımızı sona qədər müdafiə etməliyik.
Öncə vətən, öncə dövlət anlayışı hər şeydən öndə olduğunu unutmamalıyıq. Ki, Rusiya olduğu yerlərə ancaq faciələr gətirir.