Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
18:27 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 386 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Almaniya ordusunun yüksək rütbəli nümayəndəsi Rusiyanın dərinliklərini hədəfə almağı açıq şəkildə dəstəkləyib. Ukraynaya hərbi yardım proqramını koordinasiya edən Bundesver (Silahlı Qüvvələr) nümayəndəsi, general-mayor Kristian Froydinq, Rusiyanın yalnız cəbhə xəttində deyil, arxa və dərin hərbi hədəflərinin də vurulmasının vacibliyini bəyan edib. Almaniya Müdafiə Nazirliyinə tabe rəsmi podkastda çıxış edən Froydinqin fikirləri, Berlin-Kreml münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilər.
Vaxt.az xəbər verir ki, general-mayor Froydinqə görə, Ukrayna ordusu yalnız müdafiə ilə kifayətlənməməlidir. O, açıq şəkildə Kiyevə Rusiyanın hava bazalarını və silah istehsal müəssisələrini hədəf almağı tövsiyə edib: “Hücum qüvvələri cəbhəyə çatmadan öncə onların bazaları və logistik dəhlizləri vurulmalıdır. Hərbi hava limanları və sursat istehsal mərkəzləri hədəf seçilməlidir”.
General hesab edir ki, bu addım cəbhə xəttindəki təzyiqi azaltmaqla yanaşı, Rusiyanın ümumi hərbi potensialına da ciddi zərbə vurar.
“İqtisadi sanksiyalar yetərli deyil – daha sərt təzyiq lazımdır”
General-mayor Froydinq, Rusiyanın pilotsuz uçuş aparatları (PUA), qanadlı və ballistik raket istehsalını sanksiyalara baxmayaraq sürətlə artırdığını da vurğulayıb. Onun fikrincə, Qərb Rusiyanın hərbi sənayesini sarsıtmaq üçün daha sistemli və təsirli iqtisadi təzyiqlər müəyyənləşdirməlidir: “Mövcud sanksiyalarla kifayətlənmək olmaz. Rusiyanın istehsal imkanlarını məhdudlaşdıracaq yeni hədəflər müəyyənləşdirilməlidir”.
General Froydinq həmçinin Qərb tərəfindən Ukraynaya verilən hava hücumundan müdafiə sistemlərinin qiymət-fayda baxımından balanssız olduğunu deyib. O, bu arqumentini belə əsaslandırıb: “Rusiyanın 30–50 min avroya başa gələn PUA-larını vurmaq üçün 5 milyon avroluq Patriot raketləri istifadə olunur. Bu, effektiv strategiya deyil”.
Onun fikrincə, Qərb bu cür təhdidlərə qarşı 2–4 min avro dəyərində daha sadə və ucuz cavab sistemlərinə investisiya etməlidir.
Kremlin reaksiyası: “Almaniya təhlükəli gücə çevrilir”
Alman generalın bu bəyanatı Kremldə birmənalı qarşılanmayıb. Rusiya rəsmiləri Berlinin Ukrayna ilə hərbi əməkdaşlıqda sərhədləri aşdığını bildirərək, Almaniyanı “Avropada təhlükəli gücə çevrilmək”də ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyi Froydinqin açıqlamalarını “qırmızı xəttin aşılması” kimi qiymətləndirib və Berlinin bu siyasətinin Avropada eskalasiyanı dərinləşdirəcəyini bildirib.
Almaniyanın mövqeyi dəyişir
Vaxt.az-ın təhlilinə görə, Almaniyanın Ukrayna ilə bağlı ritorikası getdikcə sərtləşir. Müharibənin əvvəlində daha çox diplomatik çağırışlarla çıxış edən Berlin, son aylarda həm silah təchizatında, həm də siyasi ritorikada açıq şəkildə daha aqressiv mövqe tutur.
General-mayor Froydinqin “dərin hədəflər” çağırışı, Qərbin artıq Rusiya ərazisindəki hədəflərin legitim olduğunu qəbul etməyə başladığını göstərir. Bu isə Moskva üçün ciddi xəbərdarlıq siqnalıdır.