Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
13:11 | 27 avqust 2025 | Çərşənbə
Məqaləyə 275 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Rus əsgərlər arasında QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) və hepatit hadisələrinin sayı artır. “Kyiv Independent”ə görə bunun səbəbi Moskvanın qəsdən bu xəstələri orduya cəlb etməsidir.
“Carnegie Politika”nın hesabatına görə, Rus silahlı qüvvələrində aşkar edilən QİÇS hadisələrinin sayı müharibənin başlanğıcı ilə müqayisədə 2022-ci ilin sonunda 13, 2023-cü ilin sonunda isə 20 dəfə artıb.
Bunda bir neçə amilin – yaralı əsgərlərə edilən qan köçürmələri, xəstəxanalarda şprislərin təkrar istifadəsi və əsgərlərin narkotik istifadəsi və qorunmasız cinsi əlaqəyə girməsi əsas rol oynadığı bildirilir.
Rusiya qanunlarına görə, QİÇS, vərəm və ya “Hepatit C” ilə yaşayan şəxslər hərbi xidmətdən azad edilməlidir. Lakin Rusiyanın Ukraynanı işğalının başlamasından bəri müstəqil Rusiya media orqanları QİÇS-pozitiv şəxslərin hərbi rəsmilərin onların sağlamlıq vəziyyətindən xəbərsiz olması və ya əhəmiyyət verməməsi səbəbilə orduya cəlb edilmə bildirişləri almağa davam etdiklərini qeyd edib.
“Kyiv Independent”ə görə, hərbi kadrları doldurmaq üçün Rusiya yoluxucu xəstəlikləri olan məhkumları və orduya cəlb edilməkdən qaçma imkanı olmayan Rusiya işğalı altındakı bölgələrin sakinlərini də müharibəyə cəlb edir.
Sürgündə yaşayan Rus jurnalisti və “Russia Behind Bars” adlı QHT-nin qurucusu Olqa Romanova Rusiyada faktiki olaraq rəsmi səfərbərlik prosesi olmadığını, əvəzində hər kəsin orduya cəlb edildiyini qeyd edib.
Romanova “Kyiv Independent”a deyib ki, “Əsasən hər kəsi seçim etmədən götürürlər. Çünki bu qeyri-rəsmi şəkildə təsdiqlənib və heç kim onları müalicə etməyi planlaşdırmır. Onların orada öldürülməsi hamı üçün daha asandır, heç kim fərqə varmaz”.
QİÇS-pozitiv Rus məhkumların orduya cəlb edilməsi ilk dəfə 2022-ci ildə, o dövrdə “Wagner Qrupu” hərbi birləşməsinin başçısı olan Yevgeni Prigojinın rəhbərliyində həyata keçirildiyi bildirilib.
QİÇS və ya hepatit xəstəsi olan məhkumlar müvafiq olaraq qırmızı və ya ağ biləkliklərlə işarələnib. Bəziləri Ukrayna ordusu tərəfindən əsir götürülüb.
Romanova müharibənin dördüncü ilində Rusiya həbsxanalarından orduya cəlb edilmələrin artmaqda davam etdiyini deyib.
Onun sözlərinə görə, məhkumlara orduya yazılmaları üçün ayda 200 min rubl (təxminən 2 min 500 dollar) vəd edilir: “Bu onlar üçün böyük məbləğdir. Lakin tibbi qulluq və ya müalicəyə çıxışları yoxdur. Bu ödənişlər də tez-tez gecikdirilir və ya tamamilə kəsilir”.
Əksər hallarda həbsxana həkimlərinin məhkumların döyüş sahəsinə göndəriləcəyinə inanaraq onlara müalicə tətbiq etmədiyi bildirildi. 2024-cü ilin payızında Ukrayna hərbi kəşfiyyatı (HUR) Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün hepatit “B” və “C” xəstələrindən ibarət hücum birlikləri yaratdığını bildirdi.
Romanovanın ehtiyatlı təxmininə görə, Rusiya üç illik müharibə ərzində ən azı 250 min məhkumu orduya cəlb edib və bunların 40 faizi QİÇS, vərəm və ya hepatit kimi ağır xəstəliklər əziyyət çəkirlər.
OİÇS-ə yoluxan insanları müdafiə edən Ukraynadakı qeyri-kommersiya təşkilatı “100% Life”ın hüquq məsləhətçisi İrina Yakovets “Kyiv Independent”ə, “Əslində, onlar müharibədə qurban kimi və silah kimi istifadə olunurlar. Yəni, QİÇS-pozitivdirlər və bu insanların Rusiyada insan kimi heç bir dəyərləri yoxdur. Ona görə müharibəyə göndərilirlər”.