NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
21:57 | 16 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1486 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
«Azərbaycanın hərbi büdcəsi hədsiz səviyyədə artıb». ANS PRESS-in məlumatına görə, bu sözləri Atlantik Şuranın Avrasiya Mərkəzinin (Atlantic Council) baş elmi əməkdaşı Sabina Freyzer Bakıda NATO Parlament Assambleyasının (PA) «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda keçirilən 86-cı «Rouz-Rout» seminarında çıxışı zamanı deyib.
S.Freyzerin qeyd edib ki, Krım hadisələri və Ukraynadakı mövcud vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkib: «Azərbaycanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir».
S.Freyzer qeyd edib ki, Laçın dəhlizi və s. mövzuları liderlərlə yanaşı deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri müzakirə etməlidir: «Müvəqqəti status formalaşdırlmalıdır. Münaqişənin həllindəki texniki problemlərin həll edilməsində müvəqqəti statusun yaradılması vacibdir. Qarabağın statusunun həll edilməsi ilə bağlı sonda səsvermə olacaq. Bu səsvermə neçə olacaq bilmirik. Krımda aparılan səsvermə prosesinin nəticəsini də gördük. Burada riyakarlığa yol verilməməlidir. Sülhməramlı qüvvələrini ora gətirmək lazımdır? Bəlkə ondan sonra Ermənistan geri çəkilə bilər. Münaqişənin həll edilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq lazımdır. Azərbaycanda vətəndaş cəmiyyəti stress altındadır. Azərbaycan QHT-lərinə yardım edilməsi məsələsini yenidən nəzərdən keçirmək lazımdır. Danışıqlar qarşılıqlı şəkildə aparılmalıdır. Vətəndaş cəmiyyətlərinə şərait yaradılmalıdır».