Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:35 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 261 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin Ticarət Nazirliyi sözçüsü Hı Yongçien, Baş nazir Linin Vaşinqton səfərinə dair açıqlamasında, Linin hansı şəxslərlə görüşəcəyi barədə məlumat verməyib. O, Çinin ABŞ-la iqtisadi və ticarət mexanizmini ən səmərəli şəkildə istifadə etmək və mövcud problemləri bərabərhüquqlu dialoq və məsləhətləşmə yolu ilə həll etmək istədiyini bildirib.
Səfərin, Çin və ABŞ arasında tarif danışıqlarının davam etdiyi bir dövrə təsadüf etdiyi və yeni tur danışıqlarının hazırlığı üçün həyata keçirildiyi təxmin edilir.
ABŞ tərəfindən yayılan açıqlamada isə Linin nazir müavini səviyyəsində rəsmilərlə görüşəcəyi bildirilib.
Li, may ayında Cenevrədə, iyun ayında Londonda və iyul ayında Stokholmdə keçirilən ticarət danışıqlarında Baş nazir müavini Hı Lifıng və Ticarət naziri Vang Vıntao ilə birlikdə Çin heyətində iştirak etmişdi.
***
ABŞ Prezidenti Donald Trump, 2 aprel tarixində Çin daxil olmaqla bəzi ticarət tərəfdaşlarına əlavə gömrük vergiləri tətbiq etdiyini açıqlamışdı. Çinin cavab tədbirləri ilə iki ölkə arasında başlayan gömrük tarifləri qarşıdurması nəticəsində, ABŞ Çinə tətbiq etdiyi tarifləri 145%-ə, Çin də ABŞ-a tətbiq etdiyi tarifləri 125%-ə qədər artırmışdı.
Artan ticarət gərginliyindən sonra ABŞ və Çin rəsmiləri 10-11 may tarixində İsveçrənin Cenevrə şəhərində tarif danışıqları üçün görüşmüş və qarşılıqlı gömrük vergilərini 90 gün müddətinə azaltmaq qərarına gəlmişdilər.
Görüşdən sonra 14 may tarixindən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi gömrük vergisini 145%-dən 30%-ə, Çin də ABŞ mallarına tətbiq etdiyi vergini 125%-dən 10%-a endirmək qərarı almışdı.
İki ölkə heyətləri yeni tur danışıqlar üçün 9-10 iyun tarixlərində Böyük Britaniyanın London şəhərində görüşmüş və əvvəlki görüşlərdə əldə edilmiş razılaşmanın tətbiqi üçün tədbirlərin çərçivəsi üzrə anlaşmışdılar.
Heyətlər iyulun 28-29-da İsveçin Stokholm şəhərində keçirilən yeni tur danışıqlarda tariflərlə bağlı əldə edilən müvəqqəti razılaşmanın 12 avqustdan etibarən 90 gün daha uzadılması barədə razılığa gəlmişdilər.