
Pezeşkianın məhdud çərçivəsi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı Strasburqa səfər edən prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışı olub.
ANS TV-nin məlumatına görə, ölkə başçısı bu tribunadan bəyan edib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirir. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar, sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Ölkə başçısı vurğulayıb ki, Azərbaycanda KİV tam azaddır. Prezident İlham Əliyevin Azərbaycanın korrupsiya ilə mübarizəsindən də bəhs edib. «Korrupsiya problemi bizim ölkəmizdə də uğurlu inkişafa maneələr yaratmaqdadır. Buna görə də Azərbaycanda korrupsiya ilə uğurla mübarizə sahəsində bir sıra inzibati tədbirlər həyata keçirilib, islahatlar aparılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ASAN dövlət xidmətinə dair proqramdır», - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev nitqini başa vurduqdan sonra sual-cavab başlayıb. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub. Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda «siyasi motivli həbslər aparıldığını» iddia edib. Prezident İlham Əliyev isə Maknamaraya sərt cavab verərək Azərbaycanda siyasi məhbusların olmadığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, ilk növbədə demək istəyirəm ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur: «Sizin dediklərinizin hamısı saxta məlumatlar üzərində qurulub və ya sizin ölkəmizə olan qərəzli münasibətinizə əsaslanır. İlk dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Amma indiyədək heç bir uğur qazanmamısınız. Kristofer Ştrasser də yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim edib. Lakin bu səyləri iflasa uğradı. Təəssüf ki, Azərbaycan məqsədyönlü təxribatların hədəfidir. Biz bunun mənbəyini və səbəblərini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu siyasi məsələdir».
Dövlət başçısı avropalı parlamentarilərə Qarabağ mövzusunda bir sıra ölkələrin tətbiq etdiyi ikili standartları xatırladıb. «Əgər xatırlayırsınızsa, burada, Avropa Şurasında Ermənistan prezidenti belə yolverilməz ifadə işlətdi ki, azərbaycanlılar və ermənilər etnik baxımdan birgə yaşaya bilməzlər. Bu, dəhşətlidir. Erməni vandalizmi davam edir. İki erməni dövlət ola bilməz. İlham Əliyev Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub və ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də fikirləşirlər ki, Minsk Qrupu onlar üçün ən yaxşı formatdır. Biz başa düşürük ki, münaqişənin həlli üçün Minsk Qrupundan başqa alternativ yoxdur. Amma onlar heç bir nəticə vermirlər. Fikirləşirəm ki, Avropa Şurası bu məsələyə daha aktiv yanaşmalıdır. Həmin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı komitənin bərpa olunması bu yolda vacib addım ola bilər.
Dövlət başçısı Ermənistan prezidenti ilə ötən ilin noyabrında Vyanada keçirilən son görüşün münaqişənin həllində müəyyən aktivlik yaratdığını da vurğulayıb. İlham Əliyev deyib ki, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır. «Biz bu mexanizmləri birlikdə hazırlamağı təklif edirik. Ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır. Biz ikili standartlardan uzaqlaşmalıyıq».