İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
10:40 | 11 iyul 2014 | Cümə
Məqaləyə 2308 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
«İsrail bir neçə saat ərzində əməliyyat başlaya bilər». ANS PRESS-in məlumatına görə, bu barədə Fələstin prezidenti Mahmud Abbas deyib. Ölkə başçısı Qüdsdəki təşkilat və qurumların nümayəndələri ilə görüşü zamanı verdiyi açıqlama verib.
«İsraillilər bu hərəkətləri ilə bizləri yerimizdən və yurdumuzdan çıxartmaq istəyir. Ancaq biz onlara deyirik ki, biz getməyəcəyik. Fələstin rəhbərliyi Qəzzanı dağıntıdan qorumaq və axan qanı dayandırmaq üçün hər cür ünsiyyəti qurur. Ən əhəmiyyətlisi də budur. Əhəmiyyətli olan, kimin qazanc əldə edib, kimin zərər edəcəyi deyil. Atəşkəs üçün tərəflərin heç birindən şərt qoşmasını istəmirik, çünki əhəmiyyətli olan axan qanın dayandırılmasıdır. Misir hər iki tərəflə ünsiyyət qurub ancaq müvəffəqiyyət əldə edə bilmədi».
Fələstin dövlət başçısı əməliyyatların dayandırılması üçün addımlar atıldığı söyləyib: «Amerika ilə danışdıq və onlardan hərbi əməliyyatların İsrail tərəfindən dayandırılmasını istədik. Biz də əməliyyatlarını dayandırması üçün Həması razı salmağa çalışırıq ancaq bu məsələdə müvəffəqiyyətli ola bilmədik. Mən heç kimsəni tənqid etmək istəmirəm. Ancaq bu üsulla nəticə əldə etmək olmaz. Biz, balanssız döyüşün dayanmasını istəyirik. Bu vəziyyət dözmək mümkün deyil».
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu Fələstinə əməliyyatların davam edəcəyini açıqlayıb. O bildirib ki, əməliyyatın üçüncü günündəyik və proses davam edəcək: «Həmasa və terroristləri sərt zərbə vurduq. Kampaniya davam etdiyi müddətcə daha da sərt vurmağa davam edəcəyik. İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik qüvvələrinə qərarlı, qəti və professionallığı üçün bütün israillilərin minnətdarlığını çatdırıram. Qüvvələrimiz vətəndaşları və günahsızları vurmaqdan qaçırlar. Ancaq Həmas Fələstinli vətəndaşların arxasında gizlənir».