vaxtlı-vaxtında oxuyun! Bazar, 9 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏDBİR  
“Dialoq baş tuta bilər” 13:14 | 30 iyul 2013 | Çərşənbə axşamı Məqaləyə 2023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dialoq baş tuta bilər”

Əli Həsənov: “Yaxınlarda siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşəcəyik”

“Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

PA rəsmisi bu cür təmaslara ehtiyac olduğunu deyib: “Biz bu sahədə ATӘT-lə danışıqlar aparırıq. ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi, seçkilərlə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul edilməsi təcrübəsi mövcuddur. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik”.