Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
16:32 | 26 avqust 2014 | Çərşənbə axşamı
Məqaləyə 1657 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Konqres vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır. Virtualaz.org xəbər verir ki, bu sözləri 19 illik təcrübəyə malik yəhudi əsilli amerikalı jurnalist, «The Jerusalem Post» qəzetinin keçmiş xəbər redaktoru, «Baltimore Jewish Times» qəzetinin keçmiş baş redaktoru, «Netsmart» portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan «Roll Call»dakı məqaləsində yazıb.
Müəllif xatırladır ki, «Azadlıq» və «Amerikanın səsi» radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. «Buna baxmayaraq onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər» deyə o yazır.
M.Yaffi bu fikrini əsaslandırmaq üçün «Azadlıq» radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladır. «Buna baxmayaraq «Azadlıq» radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək «Azadlıq» radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində «azərbaycanlılar «İran casusu» kimi ömürlük həbsə məhkum edildi» kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur» deyə o, yazır.
Müəllif senator Rocer Uakerin bu yaxınlarda ABŞ-ın regionda Azərbaycan kimi stabil müttəfiqinin olduğu, iqtisadi çiçəklənmə və azadlıq yolunu seçdiyi haqda açıqlamasından da sitat gətirib. M.Yaffi hesab edir ki, Konqres üzvləri senatorun dediklərinə diqqət yetirmək əvəzində «Azadlıq» radiosunun Azərbaycan haqda «nə gəldi yazmasına» göz yumurlar. Müəllif yazır ki, Azərbaycandan fərqli olaraq «Azadlıq» radiosunun erməni bölməsində «mənfi heç nə yoxdur». Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sərkisyan Qərbdən üz çevirib və Putinin Gömrük İttifaqını seçib. «Bəs «Azadlıq» radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?» jurnalist sual edir.