vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PARTİYALAR  
Divan üzvlüyündən istefa 12:34 | 29 avqust 2014 | Cümə Məqaləyə 1443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Divan üzvlüyündən istefa

Qubad İbadoğlu: «Namizədlərin bərabər statuslarda olması vacibdir»

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Müsavat Partiyasında başqan vəzifəsinə namizədliyin irəli sürülməsi kampaniyasına start verildiyindən, yəni seçki prosesi başlayandan partiyanın Divan üzvü hesab olunmuram».

Bunu AzNews.az-a Müsavat Partiyasının başqanlığına namizəd, sabiq Divan üzvü Qubad İbadoğlu deyib.

O bildirib ki, bu addımı seçki prosesində Müsavat başqanlığına iddialı olan şəxslərin bərabər statuslarda mübarizə aparması üçün atıb: «Obyektiv mübarizə aparmaq üçün bu cür addım atılması zəruridir. Əsas budur ki, namizədlər bərabər statuslara malik olsunlar».