
Rahiblər monastırı basdı
Baş yepiskopun həyatı təhlükədə
Baş yepiskopun həyatı təhlükədə
Rus və farsların Zəngəzur dəhlizi təlaşına yunanların Türkiyə əndişəsi də əlavə olunur...
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Meşənin alovlanması səbəbindən 2 kənd boşaldılıb
Yunanıstanın cənnəti cəhənnəmə döndü
Evlər və hotellər boşaldılıb
Mübahisə edən məhbuslar çarpayıya od vurdular
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Adalar risk altındadır
Neft razılaşması Yunanıstanda panika yaratdı
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
İçməli suda uran tapılıb
Yunanıstanda deputatının evinin önündə partlayış
İngiltərə və Yunanıstan qarşı-qarşıya
«Gürcüstan hakimiyyəti Türkiyədən Yunanıstanın Samos adasına gedən sabiq prezident Mixail Saakaşvilini saxlamaq xahişi ilə rəsmi Afinaya müraciət etmişdi. Yunan polisi də onu saxlayıb. Lakin az sonra da sərbəst buraxıb. Çünki Saakaşvilinin beynəlxalq axtarışa verilməsi prosedurası hələ tam başa çatmayıb».
Virtualaz.org saytı xəbər verir ki, bunu xarici mətbuata açıqlamasında Gürcüstanın Yunanıstandakı səfiri David Bakradze deyib.
Səfirin sözlərinə görə, Yunanıstanın Samos adasının polis rəisi Dmitros Kapakidi ona Gürcüstanın bir neçə vətəndaşının, o cümlədən Saakaşvilinin Türkiyədən adaya gələn gəmidə olması barədə məlumat verib.
«Yerli polisin verdiyi məlumata görə, sərhəddə Saakaşvilinin pasportu yoxlanarkən məlum olub ki, gürcü tərəfi rəsmi Afinaya sabiq prezidenti saxlamaq barədə xahişnamə göndərib. Polis Saakaşvilini saxlayıb. Lakin sonra o da məlum olub ki, müvafiq proseduralar hələ başa çatmayıb, ona görə də Yunanıstanın sabiq prezidenti saxlamaq hüququ yoxdur» - deyə səfir D.Bakradze bildirib.