Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
23:24 | 24 dekabr 2014 | Çərşənbə
Məqaləyə 3444 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Yeni ünvan seçimləri arasında İstanbul da var
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
“Dünyada savaş qaydaları çökür”
İran və Avropa arasında “snapback” krizi
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
Azərbaycanlı diplomat Sultan Hacıyev BMT-nin İnkişaf Proqramının İraqın Kürdüstan vilayətindəki regional ofisinin rəhbəri vəzifəsinə təyin edilib. Məlumata görə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlıdır.
İraq hazırda BMT sistemi üçün prioritet ölkələrdən biri hesab olunduğundan həmvətənimizin məhz bu ölkədə yüksək vəzifəyə təyin edilməsi xüsusilə əhəmiyyətlidir.
Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə baş müşavir vəzifəsini icra edərkən ezam olunub.
BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev bacarıqlı «böhran meneceri» kimi tanınıb. O, 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqilab, həmin ilin yayında ölkənin cənubundakı etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdə gördüyü işlərlə tanınıb.
Uzun müddət BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev ölkəmizin bu qurumun İnkişaf Proqramı ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığına nail olub. Bundan əlavə, Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsini fəal şəkildə təbliğ edib. Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman ölkəmizin BMT-nin strateji donoru kimi tanınmasına nail olub.
Qeyd edək ki, Azərbaycanda BMT İnkişaf Proqramının böyük marağına səbəb olan və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də «ASAN xidmət»dir (AzərTAc).