
MSK-da saxtakarlıq
Qanunsuz olaraq “Dövlət qulluqçusu” adı altında 50 nəfər işə götürülüb
Qanunsuz olaraq “Dövlət qulluqçusu” adı altında 50 nəfər işə götürülüb
Milli Məclisdə daha 4 deputat yeri boşaldı
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
MSK vahid seçici siyahısına yenidən baxmaq istəyir
MSK: «125 seçki dairəsi üzrə seçici imzası toplanılıb»
Sərdar Cəlaloğlu: «Bizi qınamağa haqlarıı yoxdur»
Yaxud 1998-ci ildən başlayan seriyalın ssenarisi...
Əli Əhmədov seçkiyə görə baş nazirin müavini vəzifəsinin icrasını dayandırdı; bir neçə şəxs namizədliyini açıqladı...
Əli Həsənov səbəbləri açıqladı, mövsüm amilindən də danışdı
İlham Əliyev nədən növbədənkənar seçkiyə ehtiyac duydu?
Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi
«Vəziyyət acınacaqlı durumdadır»
MSK sədri prezident seçkilərindən danışdı
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
MSK Birinci vitse-prezidentin müraciətinə baxıb
Siyavuş Novruzov: «Məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim»
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkilərində yol verildiyi iddia edilən qanun pozuntuları ilə bağlı müraciətlərə baxılıb. «Report»un xəbərinə görə, 35 saylı üçüncü seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin şikayətinə baxılıb.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: «Eyni zamanda, o, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib. MSK şikayəti baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib».
Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın.