vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
Sərkisyan ABŞ-a gedəcək 20:32 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 889 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan ABŞ-a gedəcək

Hansı üzlə?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan aprel ayında Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək. Bu barədə Ermənistanın ABŞ-dakı yeni səfiri Qriqor Ovannisyan prezident Barak Obamaya öz etimadnaməsini təqdimetmə mərasimindəki çıxışında deyib.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Buna cavab olaraq Barak Obama Ermənistanın nüvə silahı ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Prezident, həmçinin səfiri akkreditasiya ilə təbrik edib və onun təcrübəsinin gələcək Ermənistan-ABŞ dostluq münasibətlərinin dərinləşməsinə yardım edəcəyindən əmin olduğunu bildirib.

Xatırladaq ki, Q.Ovannisyan hazırda Avrasiya İqtisadi Komissiyasının sədri təyin edilən Ermənistanın ABŞ-dakı keçmiş səfiri Tiqran Sərkisyanın yerinə təyin edilib.