Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:26 | 6 aprel 2016 | Çərşənbə
Məqaləyə 2906 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
Aprelin 5-də İranın Mazandaran əyalətinin Ramsər şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin IV görüşü keçirilib. Görüşün sonunda tərəflər arasında Bəyannamə qəbul olunub. Bəyannaməyə əsasən, nazirlər əvvəlki görüşlərdə qəbul olunan bəyanatlara, əməkdaşlığın genişləndirilməsinə, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsinə, bir sıra sahələrdə proqramların və layihələrin həyata keçirilməsinə və digər məsələlərə aid öz öhdəliklərini vurğulayıblar. Keçirilən görüşlə bağlı Sputnik-in suallarını «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb:
- İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin IV görüşü nəyə əsaslanıb?
- Azərbaycan öz əzmini nümayiş etdirib işğal altındakı torpaqları boşaltmaq istəyir. Bunun müəyyən qədər qonşu dövlətlərə də təsiri var. Ona görə qonşu dövlətlər də prosesi diqqətlə izləyir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, İranla münasibətlərimiz var və İran-Türkiyə-Azərbaycan formatı bir müddətdir işləyir. Ona görə təsadüfi deyil ki, üç ölkənin xarici işlər nazirləri təmaslara ehtiyac duyublar.
Azərbaycan həm də istəyər ki, İran birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsin. Bəzən belə açıqlamalar olur, amma bəzən olmur. Ona görə Azərbaycan istərdi ki, bu format çərçivəsində birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənsin və Azərbaycanın işğal faktına son qoymasında da İrandan bu dəstəyini ala bilsin. Bu baxımdan bu görüşün və fikir mübadiləsinin aparılması vacib idi.
- Bu ölkələrin hansı uzlaşan maraqları var?
- Uzlaşan maraqlar ondan ibarətdir ki, əslində İranda 30 milyona yaxın Azərbaycanlı yaşayır və onlar son hadisələrdə göstərdilər ki, cəbhə bölgəsindəki vəziyyətə biganə deyillər. Onlar da öz mövqelərini nümayiş etdirib, öz hökumətlərindən tələb etdilər ki, birmənalı Azərbaycana dəstək versin. Bu amili İran hakimiyyəti nəzərə almalıdır. Baxmayaraq ki, İranın Rusiya ilə sıx münasibətləri və işğalçı Ermənistanla əlaqələri var, artıq İran hakimiyyəti orada yerləşən azərbaycanlıların istək və arzularını diqqətə almalıdır. Təsadüfi deyil ki, cəbhə bölgəsində vəziyyət gərginləşən kimi Təbriz və Ərdəbil şəhərlərində Azərbaycana dəstək nümayişləri oldu. Bu baxımdan düşünürəm ki, bu amil İran hakimiyyətinin siyasətinə təsir etməlidir.
- Keçirilən görüş regiona nə verə bilər?
- Doğru olmazdı ki, məhz nazirlərin bu formatda görüşündən sonra ciddi bir nəticə gözləyək. Onda belə çıxacaq ki, hər görüşdən sonra biz hər hansı bir nəticə əldə etməliyik. Bu bir addımdır, fikir mübadiləsi üçün meydandır. Biz öz mövqelərimizi İranın diqqətinə çatdırmışıq, İran da onları eşidib, görüb. Bu baxımdan fikir mübadiləsinin davamı və Azərbaycanın mövqeyinin anladılması baxımından müəyyən nəticə haqqında danışmaq olar.
P.S. Qeyd edək ki, nazirlər növbəti görüşün 2017-ci ildə Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.