
BAXCP ölüm cəzasının bərpasını istəyir
«Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır»
«Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır»
Qüdrət Həsənquliyev: «Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?»
Qüdrət Həsənquliyev: «Vitse-prezidentlik institutu yaradılırsa, Nazirlər Kabinetinə ehtiyac yoxdur»
Qüdrət Həsənquliyev: «Əgər hökuməti öz banklarımıza etimad göstərmirsə, niyə vətəndaş ...»
«Baş redaktoram, lazım olsa korrektorluq da edərəm»
«Səfirliklərin binaları biznes və kommersiya məqsədləri üçün istifadə edilir»
«İbrahimbəyov xüsusi təyinatlı emissar idi»
«Ermənistanla ticarətin genişləndirməsini də qəbul edə bilmərəm»
«Xəstə uşaqların müalicəsi üçün fond yaradılmalıdır»
Qüdrət Həsənquliyev səs verdi
«Fars-molla rejimi Azərbaycanda özünün yönəltdiyi marionet hökumət istəyir»
«Fars-molla rejimi Azərbaycanda özünün yönəltdiyi marionet hökumət istəyir»
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yaşar Kələntərli BAXCP-nin baş katibi vəzifəsinə təyin olunduğu üçün Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini bəyan edib. Səsvermə nəticəsində Yaşar Kələntərlinin istefası qəbul olunub və BAXCP Ali Məclisinin sədri vəzifəsinə namizədlərin irəli sürülməsinə başlanılıb. İrəli sürülən təkliflərə və səsvermənin nəticəsinə əsasən BAXCP Ali Məclisinin elm və təhsil komitəsinin sədri Vaqif Abışov BAXCP Ali Məclisinin sədri seçilib. Daha sonra Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Səsvermə nəticəsində Nərmin Əzizova Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri seçilib.
İctimai-siyasi vəziyyətin müzakirəsi çərçivəsində BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib.
BAXCP sədri siyasi sabitliyin və islahatların yuxarıdan aşağı aparılmasının ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və qeyd edib ki, Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi intensivləşdirilməli, sahibkarlığın inkişafı üçün səmərəli və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Qüdrət Həsənquliyev bu istiqamətdə müəyyən fəaliyyətin olduğunu, lakin prosesin sürətləndirilməsinə daha çox ehtiyac duyulduğunu bildirib.
BAXCP sədri öz məruzəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı yaranmış son duruma da diqqət çəkib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesinə öz münasibətini açıqlayıb.
Daha sonra məruzə ətrafında çıxışlar edilib.
Ali Məclisin iclası öz işini başa vurub.