

«Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işi çox güman ki, dayandırılacaq». Bu sözləriModern.az saytına açıqlamasında mərhum prezidentin qardaşı Almurad Əliyev proseslə bağlı son gəlişmələr barədə danışarkən məlumat verib. Almurad Əliyevin sözlərinə görə, istintaq işində elə də ciddi dəyişiklik yoxdur: «15-20 gün olar ki, məsələdən xəbərim yoxdur. İstintaq işində də elə bir ciddi şey yoxdur. Ailə üzvləri də cinayət işinin dayandırılması ilə bağlı Baş Prokurorluğa müraciət edəndə baş prokuror dedi ki, «istintaq gedir».
A.Əliyev həmçinin eks-prezidentin ailə üzvlərinin Baş Prokurorluğa müraciətinin nəticəsi ilə bağlı məlumatsız olduğunu bildirib. «Bizim müraciətə də baxılıb-baxılmamasından xəbərim yoxdur. Müraciətə yəqin ki, cavab veriləcək. Son vəziyyətə görə, mənə elə gəlir ki, istintaq işinə xitam veriləcək»-deyə o, qeyd edib.