
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
“Hədsiz sərvət, nəzarətsiz hakimiyyət siyasi iddiaları artırır”
Millət vəkili həyəcan təbili çalır
Dünyanın bütün ölkələrinin parlamentlərində qanunverici hakimiyyətin deputatları eyni statuslara malik deyillər. Onları bir sıra səlahiyyətlər, xüsusiyyətlər fərqləndirir. Maraqlıdır, görəsən Azərbaycan deputatları xarici deputatlarda özlərinin hansı fərqli və oxşar cəhətlərini görə bilirlər?
Məsələ ilə bağlı Modern.az saytı bir neçə deputatın fikrini öyrənib.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev deyib ki, dünyanın heç bir deputatı onun bildiklərini bilmir:
«İlk növbədə xarici ölkələrlə Azərbaycan arasında fərq odur ki, bizim dilimiz, mədəniyyətimiz, özümüzün davranışı var. Bəzən xarici bir şəxs gəlib özünü Azərbaycanda öz vətənindəki kimi aparsa, deyərik ki, bu adam dəlidir... Biz azərbaycanlıyıq. Qoy bütün dünyadakı deputatlar Azərbaycandan öyrənsinlər, bizim mədəniyyətdən götürsünlər.
Avropada olanda deyirlər ki, dünya standartları... Nə dünya standartları... Azərbaycan mədəniyyətinin, mentalitetinin qonaqpərvərlik standartlarını xarici deputatlar bizdən görüb-götürməlidir. Heç mən biləni xarici deputatlar bilmir».
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev isə deyib ki, xarici deputatlarla Azərbaycan deputatlarının əsas fərqi dil bilgisindədir:
«Əslində azərbaycanlı deputatlarla xarici deputatlar arasında elə də çox fərqlər görmürəm. Onlar öz dövlətlərini, biz də öz ölkəmizi təmsil edirik.
Beynəlxalq səviyyəli tədbirlərdə azərbaycanlı deputatların xarici dil bilgisi baxımından problemlərinin olduğunu görürük. Çünki biz sovetlər dönəmmində təhsil almışıq. Ona görə belə problemlər təbiidir.
Çox deputatımız ingilis dilini bilmir. Amma ATƏT, AŞPA və digər beynəlxalq təşkilatlardakı nümayəndə həyətimizin üzvlərinin əksəriyyəti ingilis dilində yaxşı danışırlar. Xarici deputatlarla ünsiyyət problemimiz var. Çünki xarici dilləri bilməyən deputatlarımız beynəlxalq müzakirələrdə aktiv ola bilmirlər».
«Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Azərbaycan deputatlarının bir çox xüsusiyyətlərdə xarici həmkarlarından üstün olduğunu deyib:
«Bu günə qədər 3 dəfə deputat mandatı almışam. Amma Milli Məclisin xətti ilə yalnız 1 dəfə xaricdə, Belçikada olmuşam. Ancaq Azərbaycan parlamentində xarici deputatlarla görüşlərdə iştirak etmişəm.
Müstəqilliyin ilk illərində dünyanın bir çox ölkələrində, xüsusən də Avropada Azərbaycan haqqında düzgün təsəvvür yox idi. Yəni əvvəllər bizi geridəqalmış ərəb dövlətləri kimi tanıyırdılar.
Amma əlaqələr genişləndikcə, təmaslar yarandıqca münasibətlər genişləndi. Bizdə də hər zaman belə suallar var idi ki, «görəsən avropalı ziyalılar, deputatlar bizlərdən çoxmu fərqlidir?». Təmaslardan sonra gördük ki, deputatlarımız onlardan nəinki geri qalmır, hətta onlardan daha universalıq.
Adi neftçilərimizi götürək... Azərbaycan neftçisi neft sənayesinin demək olar ki, bütün sahələrini bilir. Amma Avropada belə universallıq yoxdur axı...
Avropalılar artıq başa düşüblər ki, Azərbaycan geridəqalmış ölkə deyil. Bu gün dünya bizi hər mənada müsbət qəbul edir».
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Tahir Rzayev bildirib ki, xarici deputatlarda siyasi riyakarlıq var, amma azərbaycanlı millət vəkilləri çox səmimidir:
«Deputatların eyni zamanda bir vətəndaşlıq borcu da var. Millət vəkili həmdə xaricdə öz dövlətini təmsil edən şəxsdir. Bizim deputatlarla digər ölkələrin deputatları arasında əsas fərqi bunda görürəm: xarici deputatlarda hiyləgərlik, ikiüzlülük, üzə gülüb arxada danışmaq xüsusiyyətləri var. Amma biz Azərbaycan deputatlarında bu yoxdur. Yəni xarici deputatlarda bir siyasi riyakarlıq var.
Onlar əvvəlcə bizim mövqeyimizi qəbul etdiklərini desələr də, sonda hər zaman oyunu pozurlar. Sanki şoradan maskalarını geyinib öz bildiklərini edirlər.
Xarici deputatlar Azərbaycana gələndə bizim yanımızda ölkəmizin inkişafını, haqq səsimizi dəstəklədiyini bildirirlər. Amma öz ölkələrində, düşmən ölkədə, başqa xarici ölkələrdə isə bunun əksini deyirlər. Amma biz Azərbaycan deputatları səmimi, açıq qəlbli, sözü üzdə olan millət vəkilləriyik. Biz üzə gülüb, arxada nankor planlar qurmuruq. Xarici deputatlar pula, vara, dövlətə çox hərisdirlər. Elə buna görə də onlar söylədikləri fikirlərdə də hər zaman sifarişli və qərəzli olurlar.
Amma Azərbaycan deputatlarının xarici deputatlarla müqayisədə beynəlxalq təcrübələri nisbətən azdır. Çünki xaricdəki deputatlar uzun zamandır ki, beynəlxalq parlamentlərdə iştirak edərək təcrübələrini artırıblar».