
Rusiya hava sahəsi blokadada
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Azərbaycan təyyarəsinin vurulmasından sonra təyyarə reysləri təhlükə altına düşüb
Moskva vəziyyəti yoluna qoymaq əvəzinə girinc olub
... Yaxud qara məni basınca, mən qaranı basım
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçidir. Bu haqda Modern.az-a danışan deputat sərnişini olduğu AZAL təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını vurğulayıb: «AZAL-ın bələdçisinin danışığında nə intonasiya, nə də vurğu var idi. Ümumiyyətlə, bilmək olmurdu ki, o nə danışır. Bu cür danışıqla Azərbaycana ilk dəfə gələn xarici ölkə vətəndaşında dilimiz barədə hansı təsəvvür yarana bilər?»
Ə.Amaşov AZAL-a «Bakı Metropoliteni»nin təcrübəsindən yararlanmağı məsləhət görüb: «Şirkət ya öz dilimizdə danışıq səviyyəsi yüksək olan şəxsləri işə götürməlidir, ya da ən azı «Bakı Metropoliteni»ndəki metoddan - səs yazısından istifadə etməlidir.
Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin saflığı, inkişafı ilə bağlı 30-a yaxın qanun, sərəncam, normativ qəbul olunub. Məqsəd Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və dilin tələblərinə sayğı ilə yanaşılmasıdır.
İstəyim budur ki, AZAL kimi təşkilatlarda Azərbaycan dilinin saflığından doğan tələblərinə, qaydalarına əməl etsinlər. Ya AZAL-da bunu bilmirlər, ya da əməl etmək istəmirlər. Hesab edirəm ki, hər bir vətəndaş, milli hissi zəif olsa belə, Azərbaycan dilini bilməsə belə, dövlət dilinin tələblərinə hörmət etməlidir».