
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Deputat Elmira Axundovanın səs yazısı: “Müdafiə naziri dəyişdi, pulum kəsildi...”
Siyavuş Novruzov spikerdən siyahı istədi
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Siyavuş Novruzovdan etiraz
Həbub Axundov: «Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir?»
Araz Əlizadə: «Sözləri varsa, üzümə desinlər»
Prezidentliyinə əsas namizəd İbrahim Raisinin Azərbaycanda mülkiyyəti var
...millətin enerjisini mənasız mübahisələrinizə xərcləməyin
Deputat Araz Əlizadəyə şapalaq kimi cavab
«Araz Əlizadə ağlını itirib»
Bütün xarici təsir və təhdidlərə baxmayaraq, ölkəmiz öz inkişaf yolu ilə uğurla addımlayır
Araz Əlizadə Fazil Mustafadan üzr istədi
«İndi qocalmışam. Gün o gün olsun ki, Bakı-Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq».
«Qafqazinfo» xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yollarda qəza hadisələrinin sayının çox olması probleminə toxunarkən deyib. O qeyd edib ki, hazırda yollarda cavanlar tüğyan edirlər: «Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömərləri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək».
Millət vəkili Elmira Axundova da həmkarının fikrini dəstəkləyib. O qeyd edib ki, bu qədər işlər görülməsinə baxmayaraq yollarımızda biabırçı vəziyyət müşahidə olunur: «Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin bu ildən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir ki... Mən çox həyəcan keçirirəm. Bizim yollarımızda pis vəziyyət var. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır».