
Qanun mexanizmi təkmilləşdirəcək
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Yeni qida normaları təsdiq ediləcək
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir ay 10 gündən sonra yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisə təqdim edilməyib. Deputatlar bu barədə susur, ictimai müzakirədən qaçır, mətbuatda maaş davası edirlər.
Dünən, ilin sonuna 42 gün qalmış, növbəti ilin büdcəsi ilə əlaqədar yaranmış narahatçılığı bölüşmək üçün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə büdcə dinləməsi keçidik. Bu müzakirəyə büdcə işi əlaqədar olan, islahat adı altında yaradılan dövlət orqanları ilə yanaşı parlamentin rəhbərliyi, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər komitə sədrləri rəsmi dəvət alsa da dövlətin büdcəsini hazırlayan, müzakirə və qəbul edən, sonra da talayan rəsmilərdən qoşulan olmadı. Hətta deputatların arasında özünü cəsarətli göstərənlər belə gəlib sözünü deməkdən çəkindilər, halbuki bu müzakirəni onlar təşkil edib bizi dəvət etməliydilər ki, biz də onların narahatlığını bölüşüb, hökumətdən növbəti ilin büdcə layihəsini tələb etməliydik. Çünki, 1 ay 10 gündən sonra cari il başa çatır, yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisin müzakirəsinə təqdim edilməyib. Parlamentin əsas işi sayılan büdcə müzakirələrinə bir çox ölkələrdə növbəti ilə 6-9 ay, hətta ən pis halda bu müzakirələrə ilin sonuna 3 ay qalmış start verilir. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycanda dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış.
başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Görəsən, son 10 ay hökumət nə ilə məşğul olub ki, son 10 ilin dollar ifadəsində ən kiçik büdcəsini belə hazırlaya bilməyib?! Görünür, böyük iştahası olan üçün kiçik büdcəni proqnozlaşdırmaq daha çətindir. «Büdcə sistemi haqqında» Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Bu gün noyabrın 19-dur, Qanunda nəzərdə tutulan ən son müddətdən 1 ay 5 gün ötür, amma Milli Məclis üzvlərinə növbəti ilin büdcə paketi hələ təqdim olunmayıb. Buna baxmayaraq Məclis üzvləri mətbuatda büdcənin müzakirəsinin niyə gecikdirilməsini deyil, məvaciblərini artımını müzakirə edirlər. Mənim etirazım yoxdur, amma onlar nəzərə almalıdırlar ki, məvaciblərinin artımları elə büdcə sənədinin müzakirəsindən asılıdır, onu mətbuatda yox, parlamentdə müzakirə etmək lazımdır.
Bu günə olan məlumata görə, 125 nəfər Milli Məclis üzvündən 1 nəfər də olsun mətbuatda büdcə sənədinin gecikdirilməsindən danışmayıb, elə bil ki, bu belə də olmalıdır. Baxmayaraq ki, indiki iqtisadi böhran dövründə büdcə sənədi əvvəlki illərlə müqayisədə daha çox müzakirə olunmalıdır ki, onu daha da mükəmməl hala gətirmək mümkün olsun. Amma təcrübə göstərir ki, parlamentə gedən büdcə oradan yalnız kosmetik dəyişikliklərlə çıxır. Çünki, orda da müzakirələr formal xarakter daşıyır.
Artıq Rusiya Duması federal büdcəni 1-ci oxunuşda qəbul edib, Gürcüstan parlamenti oktyabrın 10-dan büdcə müzakirəsinə başlayıb. Azərbaycan parlamenti isə hələ də gözləyir. Çox güman ki, dekabrda başlayacaq büdcə müzakirəsi bir neçə günə də yekunlaşacaq və beləliklə də ölkənin 1 illik iqtisadi həyatının taleyi parlamentdə bir neçə gündə «həll olunacaq».