100 avro cərimə
İspaniyada uşaqları siqaret çəkən valideynlər cəzalandırılacaq
            					
            	
                18:33 | 25 noyabr 2016 | Cümə
                Məqaləyə 2875 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                İspaniyada uşaqları siqaret çəkən valideynlər cəzalandırılacaq
                                Siqaretin daha bir zərəri ortaya çıxdı
                                Avropa ölkəsində nikotin paketləri və saqqızlarına qadağa qoyuldu
                                Almaniya siqaretin qiymətlərini artırmağa hazırlaşır
                                Yeni nəsil nikotin məhsullarında 25 qat daha çox nikotin var
                                Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
                                Almaniya da açıq havada siqaret çəkməyi qadağan edir?
                                İngiltərədə elektron siqaret qadağası qüvvəyə minir
                                İyulun 1-dən sonra Fransada siqaret çəkilən yerlərin sayı azalacaq
                                Fransız senatora qaçaqmalçılıq ittihamı
                                Uşaqlar arasında elektron siqaretdən istifadə artır
                                Berlində qatar stansiyasında bir kişi siqareti qadının üzündə söndürüb
                                Siqareti atan qadın daha pisinə tutuldu, ağ ciyərləri iflas etdi
                                Elektron siqaretlərin sağlamlıq üçün ciddi riskləri üzə çıxıb
                                Hər 100 manatın 5-i
                                Satılan markalarının çoxu “Energy Drink” kateqoriyasına girmir
Tütün məhsullarının qaçaqmalçılığı böyük problemdir. Bu, həm dövlətlərə, həm istehlakçılara, həm də biznesə ziyan vurur. Ötən on il ərzində tütün məmulatlarının qaçaqmalçılığının miqyası bütün dünyada artaraq, digər qanunsuz fəaliyyət növlərinə rəvac verib.
Vaxt.az-ın xəbərinə görə, bu barədə JTİ (Japan Tobacco International) şirkətinin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan da bu problemdən əziyyət çəkir: «Bu problemin miqyasını daha yaxşı başa düşmək məqsədilə 2015-ci ilin III rübündə ilk dəfə olaraq JTİ-ın sifarişi ilə «Boş qutu» tədqiqatı keçirilib. O vaxt nəticələrə görə kontrabanda tütün məmulatlarının bazarda payı 6,2 faiz idi. 2016-cı ilin I, II və III rüblərində bu tədqiqat təkrar edildi və nəticələr 12.6 faiz, 15.1 faiz və 11.8 faiz təşkil etdi. IV rübün nəticələri hələ məlum deyil, amma biz ilk 9 ayın nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13 faiz təşkil edir ki, bu da 1 milyard ədəd siqaretdən də çoxdur», - deyə şirkət qeyd edib.
«Boş qutu» tədqiqatı «Nielsen» şirkəti tərəfindən keçirilir. Bu, mənzil-qərargahı ABŞ-da yerləşən qlobal informasiya və tədqiqat şirkətidir və problem haqqında düzgün məlumat təmin edir. Tədqiqatlar Azərbaycanda tütün məmulatlarının qaçaqmalçılığı problemini öyrənmək və onun qarşısını almaq üçün faydalı məlumat mənbəyidir.
Qeyd edildiyi kimi, qaçaqmalçılıq mürəkkəb bir problemdir və tez-tez korrupsiya, mütəşəkkil cinayətkarlıq və hətta terrorçuluq və insan alveri kimi daha geniş cinayət hadisələri ilə sıx bağlıdır. Bu problemi ayrıca həll etmək mümkün deyil, ona görə də özəl və dövlət sektoru arasında əməkdaşlıq zəruridir. JTİ müxtəlif ölkələrdə məlumat mübadiləsi, təlim və potensialın artırılması proqramları vasitəsilə dövlət və qanunvericilik orqanlarını tütün məhsullarının qaçaqmalçılığı və saxta tütün məmulatlarının aşkar edilməsi sahəsində dəstəkləyir.
JTİ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün də 2014-cü ildə tütün qaçaqmalçılığına qarşı mübarizə üzrə ayrıca təlim proqramı hazırladı və təlim keçmək üçün beynəlxalq ekspertləri dəvət etdi. Təlim Bakı, Quba, Lənkəran və Tovuz şəhərlərində keçirildi. Nəticədə, Rusiya, İran və Gürcüstan sərhədlərində çalışan gömrük əməkdaşları bu sahədə zəruri bilik və bacarıqlar qazandı. Bundan əlavə, 2015-ci ildə JTI Dövlət Gömrük Komitəsinin 5 əməkdaşının Almaniyanın Trir şəhərində saxta tütün məmulatlarının aşkar edilməsi mövzusunda təlimdə iştirak etməsini təmin etdi.
«JTİ olaraq kontrabanda haqqında məlumatlılığı artırmaq və dövlət qurumlarının bu problemə qarşı effektiv mübarizə aparması üçün zəruri bilik və bacarıqlar təmin etmək baxımından xeyli iş görmüşük», - deyə şirkət bildirib.