
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Milli Məclisin 29 noyabr 2016-cı il tarixdə keçirilmiş iclasında baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklər müzakirə olunub. Millət vəkili Əflatun Amaşov bu məsələylə münasibətini bildirib.
«Gündəlikdəki bu məsələ barədə mediada açıqlamam da olub. Hesab edirəm ki, baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi dəyişiklik mühüm əhəmiyyət daşıyır. Geniş ictimaiyyət də internet məkanda məsuliyyət hissinin artırılmasının tərəfdarıdır.
Bu gün informasiya texnologiyalarının sürətli inkişafı tamamilə fərqli vəziyyət yaradıb. İnternet məkanda hər bir şəxs öz baxışlarını ifadə edə bilir. Bu, söz və ifadə azadlığının dərinləşməsi baxımdan vacibdir. Amma sahə tənzimlənməlidir. Çünki internetdə ciddi sui-istifadələr var. Təhqirlərə və böhtanlara yol verilir. Kimlərinsə şəxsiyyəti, şərəf və ləyaqəti alçaldılır. Nəticədə cəmiyyətdə xoşagəlməz ab-hava yaranır.
Əgər hansısa fikrin və informasiyanın kütləvi yayılmasının vurduğu zərər əsas götürülürsə, onun yayılma arealı kimi internet məkan və ora daxil olan sosial şəbəkələr də nəzərə alınmalıdır.
Yada salım ki, 2013-cü ildə «Kütləvi informasiya vasitələri haqqında» Qanuna edilmiş əlavələrdə internet də informasiyanın yayılma arealı kimi təsbit olunub. Müvafiq olaraq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə də buna uyğun dəyişikliklər edilib, məsuliyyət nəzərdə tutulub.
Hazırkı dəyişiklik əsasən sosial şəbəkələrdəki saxta adlar, profillər, hesablarla bağlıdır. Bu da çox vacib məsələdir. Sosial şəbəkələr daha geniş topluma xitab edir. Xeyirli tərəfləri kimi ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzən radikal dini cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Düşünürəm ki, bu məqamı da mütləq qaydada nəzərə almalıyıq.
Dünyada da sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə kifayət qədər həssas yanaşılır. Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq keçirirlər. Vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Britaniyada, Fransada, İtaliyada belə nümunələr var. Kimsə təhqir olunursa, yaxud böhtanlarla üzləşirsə belə hesab edilir ki, onun hüquqları məhdudlaşdırılır. Təhqirə və böhtana yol məsuliyyət daşıyırlar.
Buna görə də bir daha bildirirəm ki, baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin təklif etdiyi dəyişikliklər zəruridir, lazımdır. Hamınızı sənədə səs verməyə çağırıram.
Ancaq bu məsələyə həssas yanaşmaq lazımdır. Çünki bəzən belə rəy formalaşdırılır ki, dəyişikliklər ifadə azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır. Təbii ki, qanuna yanaşma mütərəqqi mahiyyət daşıyırsa, orada mürtəce meyllərə yer olmur. Biz də ümumən məsələnin həssaslığını nəzərə almalıyıq. Konkret mexanizmlər tətbiq etməliyik. Bu zaman daha dəqiq qərarların qəbulu mümkündür».