
Səhm bazarlarında riski artır
Bazarlar şar kimi şişir – partlayış yaxın ola bilərmi?
Bazarlar şar kimi şişir – partlayış yaxın ola bilərmi?
10 ildən sonra ...
İlin ikinci yarısı hərəkətli olacaq
“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı
Hökumət İtaliya bankının “Commerzbank”ı almaq istəməsini dost olmayan davranış sayıb
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
ABŞ-ın bank sektoru birinci rübdə 5,8 faiz artıb
Məşhur bank analitiklərini işdən çıxarır
Nəhəng bank bankomatları yığışdırır, ofislərini bağlayır, ixtisarlara başlayır
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Kiber fırıldaqçılar hədəfi dəqiq vururlar – bu məlumatlar onlara haradan sızır?
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
Nazirlik ən böyük 5 banka depozit qoydu
Banklar POS-terminallardan istifadə xərclərini optimallaşdırmalıdır
Çoxları polisə müraciət etməyə utanır
Fırıldaqçı brokerlər almaniyalı ağsaqqalın bank kartını boşaldıb
Prezident maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib. Nədənsə maliyyə sabitliyi dedikdə yalnız pul siyasəti və banklar yada düşür. Halbuki kredit bazarına, əhalinin borc bataqlığının dərinləşməsinə nisyə mal satan dükanların da təsiri çox böyükdür. Bu məsələnin də tədbirlər planında əks olunması məqsədilə Şura üzvlərinə məktub göndərmişəm.
Belə ki, nisyə satışlar üzrə azı 6 problem var:
1. Nisyə satışın 2 mənbəyi var:
a) kredit təşkilatlarının kreditləri;
b) çirkli pullar. Birinci mənbədən istifadə olunursa, bank
sisteminin riskləri artır, çünki nisyə alıcıların defoltu halında kredit təşkilatlarının
da kreditləri ödənilməyə bilər. İkinci mənbədən istifadə isə ümumiyyətlə dövlətin
iqtisadi təhlükəsizliyi məsələsidir.
2. Belə satışlar üzrə ödənişlər bir çox hallarda qeyri-rəsmi
xarakter daşıyır və beləliklə də vergilərdən yayınmalar baş verir.
3. Belə satışlar üzrə effektiv faiz dərəcələri kredit təşkilatlarının
dərəcələrindən bir neçə dəfə çoxdur və təxmini illik 100 faiz həddindədir. Nəticədə
istehlakçıların yükü artır, hüquqları və maraqları pozulur, kredit təşkilatları
isə haqsız rəqabətə məruz qalır.
4. Nisyə alqı-satqı sayəsində əhalinin borclanması
statistikada və hər bir şəxsin kredit tarixçəsində nəzərə alınmır və bu da bank
sisteminin risklərini artırır.
5. Nisyə alqı-satqı müqavilələrində qiymət bir çox hallarda
qanuna zidd olaraq dolayısı ilə xarici valyutaya bağlanır.
6. Nisyə mal satan dükanlar problem yarananda kollektorların
gücündən istifadə edir və bu da cəmiyyətdə sosial gərginliyi artırır,
kriminogen vəziyyəti pisləşdirir.
Sadalanan problemlərin həlli üçün qanunvericiliyə aşağıdakı
dəyişiklikləri təklif etmişəm:
1. «Kredit büroları haqqında» Qanunda: nisyə mal satan
dükanların azı bir kredit bürosunda icbari iştirakı. Bu halda bütün nisyə
satışların uçotu aparılacaq və kredit tarixçələri tam olacaq, vergidən
yayınmalar olmayacaq və s.
2. Mülki Məcəllə və Nazirlər Kabinetinin 3 aprel 2015-ci il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nda: nisyə mal satışı ilə şəxsin yalnız öz kapitalı hesabına və alıcının gəliri haqda rəsmi sənəd əsasında məşğul olması. Bu halda nisyə mal satan dükan borc hesabına borc verə bilməyəcək və onsuz da borc içində batanları daha çox yükləyə bilməyəcək.