Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
23:32 | 15 yanvar 2017 | Bazar
Məqaləyə 1204 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Dünyanın ən uzun eskalator sistemi istifadəyə verilir
Çində kuryoz hadisə – “Mercedes-Benz”i sahibi ilə birlikdə məzarda basdırdılar
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Çin yazısının latın əlifbası ilə transkripsiya üçün Pinyin sistemini yaradan çinli linqvist Ju Yuquanq (Zhou Youguang) 111 yaşında vəfat edib.
Cənab Ju və kommunist partiyasının komitəsi pinyini 1950-ci illərdə üç ilə yaradıblar.
Pinyin sistemi Çin dilinin tədrisini dəyişərək ölkədə savadlılıq dərəcəsinin kəskin artmasına yardım edib.
1906-cı ildə Tzin sülaləsi zamanı anadan olan cənab Ju daha sonra Çin kommunist rəhbərlərinin sərt tənqidçisi olub.
Çin mediası deyir ki, cənab Ju doğum günündən bir gün sonra Pekində vəfat edib.
Gəncliyində cənab Ju bir müddət ABŞ-da «Wall Street» bankiri olub.
Kommunistlərin 1949-cu ildəki qələbəsindən sonra Çinə qayıdan cənab Juya latın əlifbası ilə yeni yazı sistemi yaratmaq vəzifəsi tapşırılıb.
«Biz Pinyin sistemini yaratmaq üçün 3 il sərf etdik. Adamlar bizi ələ salıb deyirdilər ki yalnız 26 hərflə məşğul olmaq çox vaxt çəkib», o BBC-yə 2012-ci ildə deyib.
Pinyin sistemi yaradılandan əvvəl Çin əhalisinin 85 faizi oxumağı bilmirdi. İndi isə demək olar ki, hər kəs oxuya bilir.
O vaxtdan Pinyin dünyada ən çox istifadə olunan sistem olub, lakin Honq Konq və Tayvan kimi bəzi çin icmaları hələ də fərqli sistemlərdən istifadə edirlər.
Pinyin kompüter və smartfonlarda Çin dilini yazmaq üçün istifadə olunur, lakin bu, Çin yazısının bir gün pinyin tərəfindən tamamilə əvəz olunacağını düşünən insanların bəzilərini narahat edir.
Bu nailiyyət cənab Junu keçmiş lider Mao Tsedunun rəhbərliyi altında baş vermiş bəzi repressiyalardan qoruyub.
Lakin Maonun mədəni inqilabı zamanı o Çinin rayonlarına yenidən təhsil almağa göndərilib.
Həyatının son illərində o Çin hakimiyyətinin sərt tənqidçisinə çevrilib və yazdığı kitabların əksəriyyəti qadağan olunub.
2011-ci ildə ABŞ-ın NPR radiosuna verdiyi müsahibədə o Çin hakimiyyətinin 1989-cu il Tyananmen Meydanında hərbi qüvvələrin dinc nümayişçilərə hücum etməsinin səhv olduğunu etiraf etməsini ölmədən əvvəl görmək istədiyini deyib.
Cənab Ju sadə insanların artıq kommunist partiyasına inanmadıqlarını və çinli ziyalıların əksəriyyətinin demokratiyaya yönəli olduğunu deyib.