
Qərbə qarşı “Kölgə müharibəsi”
Kəşfiyyatçılar Rusiyanın Xüsusi Casusluq İdarəsinə bağlı müxtəlif iddialar irəli sürürlər
Kəşfiyyatçılar Rusiyanın Xüsusi Casusluq İdarəsinə bağlı müxtəlif iddialar irəli sürürlər
Keçmiş müdafiə nazirinin müavini korrupsiyada günahlandırılır
Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...
Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?
İnfarkt versiyası şübhəlidir
FTX akademiyasının məzunu kazino sahiblərinə meydan oxudu
Bağçasarayda axtarışlar və həbslər
«Rusiya Limpopoya müdaxilə edib, Ayboliti prezident qoyub...»
Rusiya agentləri mühacir cildində Avropaya səpələnib
FTX əməkdaşları ABŞ xeyrinə casusluqda ittiham olunur
Rusiya prezidenti istəyir xəfiyyələr ona eşitmək istədiklərini desinlər
Kommunist simvolları restoranın menyusunu bəzəyir - lakin yeməklər sadə sovet təamlarına bənzəmir
«Bütün separatçı regionlar Kremlin icadıdır»
Rusiya prezidentinin heç yerdə eşitmədiyiniz gündəlik həyatı, xaricəsəfərləri, rəsmi mərasimləri və s.
«Ən böyük müqavimət Rusiya tərəfindən olacaq»
37-ci illərdə sovet ölüm maşını rejimi qurulması üçün çalışanları da məhv etdi
Ötən il dekabrın 26-da Moskvada «Rosneft» şirkətinin idarələrindən birinin rəhbəri, keçmiş KQB generalı Oleq Yerovinkinin cəsədi onun avtomobilində tapılmışdı. Virtualaz.org xəbər verir ki, Yerovinkin 2008-2012-ci illərdə Rusiya baş nazirinin müavini olmuş indiki «Rosneft» prezidenti, Kremlin «boz kardinalı» və faktiki olaraq ölkənin ikinci adamı İqor Seçinin katibliyinin rəisi işləyib. Daha sonra «Rosneft»də vəzifə tutub. Təsdiqlənməmiş məlumatlarda deyilirdi ki, Yerovinkin ürək tutmasından ölüb.
«Life» bildirirdi ki, Yerovinkinin cəsədi Moskvanın mərkəzində, onun avtomobilində tapılıb. Bu hadisənin araşdırılması ilə Federal Təhlükəsizlik Xidməti məşğul olur. Yerovinkin KQB-də 1976-cı ildən işləyib, 90-cı illərin əvvəllərində general rütbəsində Yeltsin administrasiyasına keçib. «Rosneft»dən bildiriblər ki, Yerovinkin təbii səbəblərdən ölüb, qəfildən ürəyi tutub və sürücü həkim çağırana qədər keçinib. Onun «Rosneft»də məxfi sənədlərlə işə cavabdeh olan idarəyə rəhbərlik etdiyi bildirilir.
Yerovinkinin təxminən 1 ay əvvəl baş vermiş ölümü indi Qərb mətbuatında gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, Britaniyanın «The Telegraph» qəzeti «Belligcat»la əməkdaşlıq edən Rusiya üzrə ekspert Xristo Qrozevə istinadən Yerovinkinin ölümünün ABŞ prezidenti Donald Tramp barəsində bu günlərdə mətbuata sızdırılmış qalmaqallı dosye ilə bağlı ola biləcəyini yazıb. Xatırladaq ki, həmin dosyedə Trampın barəsində Kremlin əlində kompromatların, o cümlədən seks görüntülərinin olduğu iddia edilirdi. Dosyeni Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin keçmiş Rusiya rezidenti Kristofer Stil Rusiya və digər ölkələrdəki mənbələrindən aldığı informasiyalar əsasında hazırlayıb. Tramp özü bu dosyeni «saxta» adlandırır.
Əslində Tramp barədə dosye yanvarın 11-də mətbuata sızdırılıb, Yerovinkin isə dekabrın 26-da ölüb. Buna baxmayaraq qəzet yazır ki, əslində dosye neçə aydır Vaşinqtonda əldən ələ gəzirdi. Stil özü dosye açıqlanandan sonra Londondakı evini tərk edərək gizlənib. Onun Rusiya kəşfiyyatından gizləndiyi təxmin edilir.
Qrozev öz bloqunda Yerovinkinin ölümü barədə ətraflı yazır, ancaq etiraf edir ki, onun ölümünün Tramp dosyesi ilə bağlılığına dair sübutu yoxdur. Bununla belə Qrozev hesab edir ki, Yerovinkin Kristofer Stilin informatoru statusuna uyğun gəlirdi.