Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
10:31 | 18 sentyabr 2017 | Bazar ertəsi
Məqaləyə 1802 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Virtualaz.org xəbər verir ki, bu iddianı Ukraynanın «Xvilya» internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır.
Xəbər verildiyi kimi Bolqarıstanın «Trud» qəzeti «Anonimous Bulgaria» adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır. Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.
Bildirilir ki, ABŞ-ın adları çəkilən müttəfiqləri ilə birlikdə Suriyada İŞİD-ə və digər radikal qruplaşmalara silah ötürdüyü haqda informasiya kampaniyası ancaq Rusiyanın işinə yarayır. Və bu informasiya kampaniyasının BMT Baş Assambleyasının sessiyası ərəfəsində təşkil edilməsi təsadüfi deyil.
«Xvilya» qeyd edir ki, həmin ölkələrin hədəf alındığı informasiya kampaniyasının tətiyini ruslar tərəfindən müəyyən hazırlıq tədbirlərinin ardınca korrupsiya və mütəşəkkil cinayətkarlıq araşdırmaları Mərkəzi OCCRP tərəfindən çəkilib. Hansı ki, həmin mərkəzin özü də ruslarla bağlıdır. Bunun ardınca araşdırmaçı jurnalistlərin Balkan Birliyi BİRN də Almaniyandakı Amerika aviabazası üzərindən Suriyaya silah daşınmasına dair sənədləri əldə edərək yayıb. Bu sənədlərə əsasən Ukrayna suriyalı müxaliflər üçün Pentaqona silah satan ölkələr arasındadır.
Nəşr yazır ki, bundan əvvəl Bolqarıstanın «Trud» qəzetinin dərc etdiyi sənədlərin mənbəyi hansısa «Anonymous Bulgaria» haker qrupu olub. Bu da avtomatik olaraq faylların FTX tərəfindən ələ keçirilib sızdırıldığını deməyə əsas verir. Hansı ki, əvvəlcədən hazırlanmış sxem üzrə ələ keçirilmiş diplomatik sənədlər müəyyən təhriflərlə mətbuata ötürülüb.
Xatırladaq ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi həmin sənədlərin ələ keçirilib yayılması ilə bağlı bəyanatla çıxış edərək bunun Bakıya qarşı xarici dairələrin təşkil etdiyi hücumların bir hissəsi olduğunu bildirmişdi. Bəyanatda deyilirdi ki, Azərbaycan Respublikasına qarşı ciddi haker hücumu həyata keçirilib.