vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
«Bəziləri İrana badalaq atır» 19:03 | 23 fevral 2017 | Cümə axşamı Məqaləyə 1454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəziləri İrana badalaq atır»

Zərif: «... Qonşulardan bu cür rəftar gözləmirdik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz bölgədəki problemlərin həlli üçün əməkdaşlıqdan bəhs edərkən bəziləri badalaq atır». Strateq.az «Mehr News»a istinadən xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransında Türkiyə, Səudiyyə Ərəbistanı və İsrailli rəsmilərinin İran barədə ifadələrinə belə təpki verib.

İran XİN-in rəhbəri deyib: «Biz bölgədəki problemlərin həlli üçün əməkdaşlıqdan bəhs edərkən bəziləri badalaq atır. Badalaq atmaq da bacardıqları iş deyil. Bölgədə uğur qazana bilməyənlər Trampın siyasətinə istiqamət vermək məqsədilə qıy-qışqırıq qoparırlar. Bunu İsrail etsə, başa düşərik. Amma qonşularımızdan bu cür rəftar gözləmirdik».

Məhəmməd Cavad Zərif daha sonra əlavə edib: «Türkiyə hökumətindəki dostlarımız İranı məzhəbçilikdə ittiham edirlər. Görəsən, onlar şiə olmayan dövlətdə dövlət çevrilişi cəhdinin həyata keçirildiyi gecə səhərə qədər yatmadığımızı xatırlamır? Bu, qədirbilməzlikdir».