“Fısıltı kimi səssiz”
Alman şirkəti Luvr qarətinə görə gündəm oldu
16:23 | 16 mart 2017 | Cümə axşamı
Məqaləyə 2896 dəfə baxılıb
Şriftin ölçüsü
Alman şirkəti Luvr qarətinə görə gündəm oldu
Luvrun direktoru danışdı: “Muzeylər qala deyillər”
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Luvr qarətinin təfərrüatı
İncəsənət aləmini sarsıdan məşhur muzey oğruluqları
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Güney Azərbaycan Televiziyasının qurucusu və başqanı Əhməd Obalı bu günlərdə bir sıra Avropa ölkələrində səfərlərdə olub. Bu barədə Musavat.com-a Əhməd Obalı məlumat verib. O bir həftə ərzində Fransa, İsveçrə (Suis) və Böyük Britaniyada görüşlər keçirdiyini bildirib.
Parisdəki azərbaycanlılarla görüşdən sonra reallaşdırdığı İsveçrə səfəri həmin ölkənin parlamentinin dəvəti ilə baş tutub. Ə.Obalı burada keçirilən toplantılarda insan haqları məsələsi, İranda yaşayan etniklərin durumu ilə bağlı müzakirələrə qatılıb: «İranda yaşayan hər xalqın bir nümayəndəsini dəvət etmişdilər. Azərbaycandan da məni seçmişdilər. Ancaq mən düşündüm ki, bizə dəstək verənlərlə yanaşı, əleyhimizə çıxan qüvvələr də var. İddialar ola bilərdi ki, Əhməd Obalı siyasət adamıdır, insan haqları müdafiəçisi deyil. Həm də bizim başqa görüşlərimiz də olacaqdı. Mən də insan haqları müdafiəçisi olmadığıma görə, Parisdə yaşayan doktor Maşallah Rəzmini tapdım və o Güney Azərbaycan məsələsi, İrandakı durum, bu ölkənin gələcəyi, etniklərin arzusu, istəyi haqqında müzakirələrdə o danışdı, mən də müşahidəçi kimi iştirak etdim. Ancaq daha sonra keçirilən digər özəl toplantılara qatıldım ki, kimlərinsə əlinə fürsət düşməsin». Ə.Obalı deyib ki, toplantıdan sonra İranda yaşayan etniklərin nümayəndələri - ərəb, bəluc, kürd, azərbaycanlı təmsilçilərin birgə toplantısı olub, məqsəd və məramlar geniş müzakirə edilib.
Onun sözlərinə görə, etniklərin mümayəndələrinin iştirakı ilə bu mövzu ətrafında GünAz TV-də dəyirmi masanın keçirilməsi barədə də təklif səsləndirib.
Ə.Obalı daha sonra Londona gedib, Beynəlxalq Əfv Təşkilatının mərkəzi ofisində olub: «Orada azərbaycanlıların hüquqları ilə bağlı birgə çalışdığımız dostlarla görüşdük. Mən İrandakı azərbaycanlıların pozulan hüquqları, onların müdafiəsi üçün hansı işlərin görülə biləcəyi barədə geniş müzakirələrimiz oldu. Beləliklə, bir həftə ərzincdə həm Paris, həm Bern, həm də Londonda milli məsələlərimizi müzakirə etdik. Hesab edirəm ki, çox faydalı görüşlər oldu».