Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
12:44 | 20 mart 2017 | Bazar ertəsi
Məqaləyə 2115 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İsrail son bir sutka ərzində ikinci dəfə Suriya ərazisindəki hədəflərə zərbələr endirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, martın 19-da axşam İsrail aviasiyası Suriyanın Kuneytra rayonunda fələstinlilərdən ibarət olan və İranın maliyyələşdirdiyi «Kunetra qartalları» batalyonuna zərbə endirib. Batalyonun komandiri Yasir əs-Sayed və bir neçə döyüşçü öldürülüb. Batalyonun İsrailə qarşı hücum hazırladığı və zərbənin buna görə endirildiyi bildirilir.
Bu gün səhər saatlarında isə İsrail aviasiyası Suriyanın Livanla sərhədində «Hizbullah»a silah apardığı deyilən maşın karvanını bombalayıb. Habelə Bəşər Əsədə sadiq ordu qüvvələrinin mövqelərinə zərbə endirib. Bu hücumlarda onlarla adamın öldüyü təxmin edilir. Lakin hələlik nə İsrail, nə Suriya hücumlar barədə şərh verməyib.
Xəbər verildiyi kimi İsrail aviasiyası martın 17-də Suriya ərazisində «Hizbullah» üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlara zərbə endirib. Bu zaman Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrail F-16 təyyarələrinə S-200 zenit raketi buraxıb. Raketlərdən biri İsrailin «Arrow» raketdən müdafiə sistemi tərəfindən vurulub. İsrail müdafiə naziri Aviqdor Liberman bildirib ki, əgər növbəti dəfə onların təyyarələri atəşə tutulsa Suriyanın hava hücumundan müdafiə sistemləri məhv ediləcək.