vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
11:24 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 2145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1 şüşə quma görə 1000 avro cərimə

2015-ci ildə Kalyari aeroportundakı müsadirə 5 ton olub

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyanın çimərlikləriylə məhşur olan Sardinya adasından çimərlik qumu oğurlayan bir ingilis turisti 1000 avro cərimə edilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Sardinyanın "zümrüd sahilləri" kimi tanınan şimal-şərq hissəsində istirahət edən turist polislər tərəfindən yaxalanıb.

Bir şüşə dolusu çimərlik qumu “oğurladığı” ortaya çıxan turistə 1000 avro pul cəriməsi kəsilib.

La Nuova Sardegna qəzeti “qum oğrusu” turistin Napoli əsilli bir ingilis vətəndaşı olduğunu yazıb.

Ağ və zərif qumlu sahilləriylə İtaliyanın ən gözəl çimərlikləri siyahısında ilk sıralarda yer alan Sardinya adası bu təbii xəzinəsini qorumaq üçün 2017-ci ildə qəbul edilən yerli qanunla qum, midye qabığı, daş kimi maddələrin götürülməsini qadağan edib.

“Qum oğrusu” kimi qəbul edilən bu şəxslərə qarşı 500-3000 avro arası pul cəriməsi tətbiq edilir.

Sardinyanın hava limanlarında tez-tez turistlərin baqajlarında “oğurluq qum” axtarışları həyata keçirilir.

Ötən il təkcə Alxero şəhərinin aeroportunda 200 kiloqramdan artıq çimərlik qumu müsadirə edilib.

2015-ci il məlumatlarına görə isə Sardinyanın paytaxtı Kalyari hava limanında müsadirə edilən qumun miqdarı 5 tona çatıb.

Sardinya çimərliklərini qorumaq məqsədiylə yaradılan bir qrup “Facebook”da “Soyulan və talan edilən Sardinya” adıyla bir hesab açaraq məlumatlandırma işləri aparır.

26 mindən artıq izləyicisi olan qrupun hesabından paylaşılan “qum oğrusu yaxalandı” xəbərlərinə emosional rəylər gəlir.

1000 avro cəza alan turist barədə xəbərlərə də "Qumlar bizim çimərlikdə yaşayır. Onları oğurlayıb plastik qablara həbs etsəniz ölərlər!", "Barbarlar", "Mədəniyyətsizlər", "1000 avro çox az" kimi rəylər yazılıb.

Sardinyanın çimərlik qumlarını qorumaq məqsədiylə qəbul edilən üç əsas tədbirdən biri də şimal-qərbdəki Stintino bələdiyyəsi tərəfindən gəlib.

Bələdiyyə buradakı məşhur La Pelosa çimərliyini qorumaq üçün qum üzərinə dəsmal və örtük sərilməsini qadağan etmişdi.

Qadağa qərarı, yaş dəsmallara yapışan qumların çimərlikdən kənara çıxmasının qarşısını almaq məqsədiylə qəbul edilmişdi.

Sardinya qumlarını oğurlayarkən yaxalanan turistlərin tez-tez qadağadan xəbərdar olmadıqlarını söyləyərək özlərini müdafiə etməyə çalışdıqları bildirilir.

Almaniya rəhbərliyi vətəndaşlarının bu vəziyyətdə qalmasının qarşısını almaq üçün bir səyahət xəbərdarlığı yayımlayıb.

Almaniya Xarici İşlər Nazirliyinin internet saytındakı səyahət xəbərdarlıqları hissəsində, "Sardinya Regional Rəhbərliyi, 26 iyul 2017-ci il tarixli qərarıyla sahillərinin hər hansı bir şəkildə dəyişikliyə məruz qalmasını, ya da kiçik miqdarda da olsa qum, çınqıl və kvars daşlarının çıxarılmasını qadağan etmişdir" deyilir və bu qadağaya riayət etməyənlərə pul cəriməsi tətbiq ediləcəyi bildirilir.