vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
12:13 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 1972 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vurduğunuz zərəri ödəyin”

Polşanın Almaniyadan tələbi

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşa İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasının işğalı nəticəsində beş milyon vətəndaşının öldüyünü və ölkəyə 54 milyard dollar dəyərində zərər vurulduğunu bildirir.

Ölkə hökumətinin Almaniyanın vurduğu zərərin ödəməsi istəyini elan etməsindən sonra parlament komissiyası vurulan zərərin ümumi rəqəmlərini ictimailəşdirib.

Polşa müharibədən sonra onilliklər ərzində Sovet dominantlığı altında yaşayıb və müstəqil şəkildə zərərin qarşılığının ödənilməsi tələbi irəli sürmək imkanından məhrum olub. Buna baxmayaraq, Almaniya hökuməti nasistlərərin zülmündən sonra sağ qalan polşalılara ödənişlər etməyi davam edir.

Komissiyanın ilkin hesablamaları 1939-cu ildən 1945-ci ilə qədər öldürülən Polşa vətəndaşlarının sayının 5.1 milyon olduğunu müəyyən edib. Bu rəqəmə, Polşanın yəhudi icmasının 90 faizi daxildir.

Şəhərlərə vurulan zərərin ümumi məbləğinin 14 milyard dollar həcmində olduğu bildirilir. Əlavə ziyanlar kənd təsərrüfatı və nəqliyyat sənayesi ilə əlaqəlidir.