vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
23:41 | 24 mart 2019 | Bazar Məqaləyə 2868 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xahiş edəcəklər ki, …”

Nazarbayev yenidən prezident ola bilər

Ceyhun NƏCƏFOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Nursultan Nazarbayevin istefası taktiki xarakter daşıyır və siyasi manevrdən başqa bir şey deyil. Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində bütün postsovet məkanı üçün səs-küylü hadisəni şərh edərkən qazaxıstanlı politoloq Maksim Kaznaçeyev deyib. O xatırladıb ki, Qazaxıstanın eks-prezidenti respublikanın Təhlükəsizlik Şurasının sədri və “Nur Otan” iqtidar partiyasının lideri vəzifələrini öz əlində saxlayıb.

“Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Qasım-Comərd Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir”, - ekspert hesab edir.

M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq – seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası Konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.

“Tezliklə ictimai fikir liderlərinin bir qrupu yenidən Nazarbayevdən xahiş edəcəklər ki, öz namizədliyini irəli sürsün. O, bu təklifi qəbul edəcək və şübhəsiz ki, növbədənkənar prezident seçkilərini qazanacaq. Növbədənkənar seçkilər artıq üçüncü dəfədir ki, keçirilir, lakin istefa qərarı ilk dəfə verilirdi.

Dövlət başçısının səlahiyyətləri hazırda senatın sədri Qasım-Comərd Tokayevə keçib, lakin Nursultan Nazarbayevin hakimiyyəti itirmək qorxusu yoxdur, çünki ölkədə ciddi müxalifət yox dərəcəsindədir”, - politoloq vurğulayıb.

Qazaxıstan Konstitusiyasına əsasən, növbədənkənar seçkilər bu ilin may ayında keçirilməlidir. Bu cür qısa müddətdə müxalifətdən və elitadaxili qruplardan kiminsə seçkilərə yaxşı hazırlaşması, ekspertin fikrincə, çox çətindir. Bu isə o deməkdir ki, faktiki olaraq, ötən seçkilərdə olduğu kimi, Nazarbayevin rəqibi rolunu hakimiyyətin “təyin etdiyi” statist namizədlər oynayacaq.