Qarabağa dair həll formulu
“Azərbaycan düşmən üzərindən Rusiya ilə danışıqlar aparır”
Aysel ASLAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
... Kremldən gələcək bəyanat
Barmaq sayı qədər ədalətli insanın olduğu ...
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar davam etdirilir. Ekspertlər bildirirlər ki, son zamanlar həyata keçirilən danışıq prosesində yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi, vaxt uzatmaq cəhdləri aydın görünür. Azərbaycan ictimaiyyətində isə zaman-zaman buna qarşı narahatlıqlar ifadə edilir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Ermənistan nə qədər danışıqlardan yayınmağa, vaxt udmağa çalışsa da, proses davam edir:“Lakin bizim istəyimiz odur ki, danışıqlar substantiv xarakter daşısın, mahiyyət üzrə aparılsın. Ermənilər isə danışıqların mahiyyətindən qaçmağa çalışırlar. Son zamanlar XİN rəhbərləri, dövlət başçıları öz siyasi iradələrini ortaya qoyublar. Rəsmi İrəvan isə yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq, tamam başqa məqamları gündəmə gətirməyə cəhd edir. Ermənistan danışıqlarda iştirak edə-edə sanki bu prosesdə yoxdur. Bizimlə müzakirə aparırmış kimi özlərini göstərsələr də, ortaya heç bir danışıq qoymurlar.
Dediyim kimi, mahiyyəti müzakirə etməkdən qaçır və başqa formatlara istiqamətləndirmək cəhdləri edirlər. Bu göstərir ki, ermənilər nə qədər istəsələr də danışıqlardan kənarda qala bilməyəcəklər, masa arxasına oturdulacaqlar. İkincisi bir tərəfdən artıq beynəlxalq ictimaiyyət Ermənistandan tələb edir ki, substantiv danışıqlar mərhələsinə keçilsin. Dünyada gedən proseslər bu münaqişənin həllinin beynəlxalq qanun - ölkələrin ərazi bütövlüyü ilə təmin olunmasına yönəlib. Ermənilərin səylərinə baxmayaraq, Azərbaycanın xarici siyasəti bu gün də üstünlük təşkil edir”.
Deputat Rasim Musabəyov isə bildirib ki, Azərbaycan Ermənistanın danışıqlar prosesini ləngitməsi üçün atdığı addımlara əhəmiyyət vermir:
“Əslində biz paralel olaraq, düşmənin başının üzərindən Rusiya ilə danışıqlar aparırıq. Çünki Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyil. Onu himayə edən Rusiya var. Biz isə onu mövqeyini nəzərə almadan hansısa sərt tədbirlərə əl atmaq imkanında deyilik. Ona görə, Rusiya ilə, ABŞ-la, Ermənistana təsir edə biləcək, himayəçi dövlətlərlə danışıqları davam etdiririk. Ya həmin dövlətlər erməniləri ağıla gətirəcəklər, ya da Azərbaycan məcbur olub, ayrı variantlara əl atacaq. Müharibə bərpa olunmayana kimi diplomatlar bu işi görməlidirlər.
Bütün bunlarla bərabər Azərbaycan hərbi təsirlərini həyata keçirir, hərbi təlimlər, hazırlıqlar nümayiş olunur. Bütün bu addımlar Ermənistanı himayə edən dövlətləri məcbur edir ki, rəsmi İrəvana diktə etsinlər”.
Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqların substantiv aparılmasının lazım olmadığını vurğulayan deputat Asim Mollazadə isə hesab edir ki, münaqişəni sülh yolu ilə həll etməyə xırda da olsa şans var:
“Azərbaycan bu prosesi davam etdirməlidir. Danışıqları hökmən aparmalıyıq. Azərbaycan çalışmalıdır ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə diqqət yetirsin, bu dövləti sülhə məcbur etsin. Bu münaqişə sadəcə cəbhə bölgəsində getmir. Ermənilər dünyada Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparırlar, yalan məlumatlar yayırlar. Ona görə, biz danışıqlarda iştirak edərək, erməniləri ifşa etməliyik”.