İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
18:48 | 28 iyun 2019 | Cümə
Məqaləyə 1867 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
İran Milli Məclisinin “Konstitusiyanın 90-cı Maddəsi Komissiyasının” sədri Davud Məhəmmədi ölkədə narkomanların statistikası ilə bağlı dəhşətli rəqəmləri açıqlayıb. İyunun 27-də Qəzvin vilayətində narkomaniya ilə mübarizə toplantısında çıxış edən millət vəkili bildirib ki, hazırda İranda 2 milyon 500 min nəfərdən çox narkoman var.
O, ölkədə narkotik aludəçiliyinin bu qədər yüksək olmasının səbəbini Əfqanıstanla həmsərhəd olmağa bağlayıb, hansı ki, bunun səbəblərindən başlıcası İranda mövcud olan böyük sosial-iqtisadi problemlərdir. Davud Məhəmmədi həmçinin İran inqilabından sonra ötən 40 il ərzində narkotik vasitələrə qarşı aparılan mübarizənin effektiv olmadığını, daha sərt tədbirlər həyata keçirilməsinin zəruri olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, İran Rifah Təşkilatının yaydığı rəsmi statistikada ölkədə narkomanların sayının 2 milyon 800 min nəfər olduğu deyilir.
Təşkilat həmçinin ölkədə qadın narkomanların sayının ötən dekadalara nisbətən sürətlə artmasını həyəcan təbili adlandırıb. Belə ki, hazırda ölkədə olan narkomanların təqribən 10 faizə qədərini qadınlar təşkil edir.
Statistikada həmçinin narkotik aludəçiliyinin uşaqlar arasında da geniş yayıldığı, narkomanlıq yaşının 15-ə endiyi də vurğulanır.