
İranda Şah və Şeyx
Yaxud istibdadın iki üzü
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
“Vəliəhd şahzadə üçün pis xəbər”
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
İran Britaniyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İran XİN-in sözçüsü Abbas Musəvi bildirib ki, buna səbəb bu gün bu ölkəyə məxsus neft tankerinin Cəbəli-Tariq boğazında İngiltərənin Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanmasıdır.
Musəvi əlavə edib ki, məsələ ilə əlaqədar olaraq İranın notası səfirə təqdim edilib.
Qeyd etmək lazımdır ki, bu gün İrandan hərəkətə çıxan və Suriyaya neft aparan tanker Cəbəli-Tariq boğazında saxlanıb. Buna səbəb kimi gəminin Avropa İttifaqının 2011-ci ilin mayında Suriya rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması göstərilir.
İngiltərənin baş naziri Tereza Meyin sözçüsü Hərbi Dəniz Qüvvələrinin bu addımını alqışlayıb.
Öz növbəsində Avropa İttifaqı məsələyə münasibət bildirməkdən çəkinib. Qurum yalnız bildirib ki, sanksiyaların icrasını təmin etmək üzv ölkələrin vəzifələrindən hesab edilir.