İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:38 | 2 avqust 2019 | Cümə
Məqaləyə 2385 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yenə də Avropa ölkələrini təhdid edib. O bildirib ki, avropalılar üzərilərinə götürdükləri öhdəliklərə əməl etməsələr, İran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində 3-cü addımı atacaq.
Hərtərəfli Birgə Fəaliyyət Planı Komissiyasının son görüşünə də toxunan İran XİN-in rəhbəri ölkəsinin Avropanı öz öhdəliklərinə əməl etməyə, eləcə də xüsusi maliyyə planını reallaşdırmağa çağırdığını deyib.
Xatırladaq ki, İran mayın 8-də Avropaya möhlət verərək, 60 gün ərzində iqtisadi mənafeyinin təmin edilmədiyi təqdirdə, öz öhdəliklərini azaldacağını bəyan etmişdi. Beləliklə, vaxt bitdikdən sonra, iyulun 7-də İran daha uranın zənginləşdirilməsi, depolanması və ağır su ilə bağlı daha heç bir məhdudiyyətə əməl etməyəcəyini demişdi.
İran tərəfinin dediklərinə görə, 3-cü addım uranın daha yüksək faizlə zənginləşdirilməsi və Ərak ağır su reaktorunun nüvə razılaşması imzalanandan öncəki vəziyyətinə qaytarılmasını əhatə edəcək.