

Aparılan kampaniyada İcbari Tibbi Sığorta məsələsinin məhv edilməsi həvəsi sezilir
ÜST: “Yoluxma sayının artması koronavirusun ikinci dalğası deyil”
Epidemiya dövründə mafiya: “Koza Nostra” insanlara ərzaq paylayır
Ali təhsil müəssisələrinə qəbul imtahanları bir mərhələdə təşkil olunacaq
“Təəssüf ki, son vaxtlar koronavirusla mübarizədə müsbət dinamikanı itirməyə başlamışıq”
Ölkələr qlobal böhrandan və təcrid rejimindən çıxış yolları arayır
Pandemiyanın “bir gecə”də ortaya çıxardığı yeni TV formatı
“Çin virusu gizlətdiyinə görə cavab verəcək”
ÜST: “Biz bu fəlakətin qarşısını ala bilərik, amma ...”
Milyonçular koronavirusdan qaçmaq üçün yaxtalarda özlərini təcrid edir
Koronaqiyaməti kruizdə atladan insanlar quruya çıxmaq istəmir
Azərbaycanda karantin rejimi yumşaldılır
Xəstəliklə mübarizə həkimlər üçün işgəncədir
Koronavirusla bağlı bir şok, iki şad xəbər
Qurbanlarının sayı 20 minə yaxınlaşır
Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir
Koronavirusun sürətli mutasiya nəticəsində bir neçə tipi yaranıb və onlardan ən təhlükəlisi Avropa ölkələrində yayılıb.
Bu fakt Çinin Çjetsyansk universitetinin alimlərinin apardığı tədqiqatın nəticəsində ortaya çıxıb. “Biz SARS-Cov-2 virusunun mutasiya etdiyinə və nəticədə patogenliyini əhəmiyyətli dərəcədə dəyişdiyinə dair birbaşa sübutlar əldə etmişik”,-alimlər bildirir.
Tədqiqata əsasən virusun ştammından asılı olaraq koronavirusa yoluxma nəticəsində yaranan COVİD-19 xəstəliyi yüngül və ya ağır keçə bilər. Tədqiqat zamanı alimlər Çinin Hançjou əyalətindən 11 təsadüfi pasiyentdən nümunələr götürüblər və virusun mutasiyasını araşdırıblar. Onlar müəyyən ediblər ki, virusun bəzi ştammları orqanizmin hüceyrələrinə daha sürətlə hücum edir və onları sıradan çıxarır.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, virusun bəzi ştammları onların zəif ştammlarına nisbətən insan orqanizmində 270 dəfə çox virus yüklənməsi yarada bilir. Lakin alimlər virusun aqressivliyinin ölüm riskinə ciddi təsir etmədiyinə əmindir.
Araşdırmada deyilir ki, koronavirusun ən aqressiv ştammları İtaliya və İspaniyadakı pasiyentlərdə aşkarlanıb. ABŞ-da aşkarlanan ştammlar isə daha zəifdir.
Xatırladaq ki, dünyada koronavirusa təsdiqlənmi yoluxma halları 2.5 milyon nəfəri keçib, ölənlərin sayı isə sürətlə 200 min nəfərə yaxınlaşmaqdadır.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək