vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
19:25 | 22 aprel 2020 | Çərşənbə Məqaləyə 261 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zənginlər dənizlərə çəkilib

Milyonçular koronavirusdan qaçmaq üçün yaxtalarda özlərini təcrid edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavirus pandemiyasının bürüdüyü dünyada virus varlı ilə kasıb arasında fərq qoymasa da hər halda zənginlər bu bəladan özlərini və yaxınlarını qorumaq üçün pulun gücündən istifadə etməyə çalışırlar.

Bir çox zənginlər koronavirusdan qorunmaq üçün özlərini dəbdəbəli yaxtalarda təcrid edib dənizin ortalarına çəkilirlər.

“Forbes Life” hazırda nə qədər zənginin yaxtalarda koronavirusdan qorunmağa çalışdıqlarını anlaşdırıb. Bu təcrübəyə əl atanlardan birincisi “DreamWorks Animation” şirkətinin qurucusu, milyarder Devid Geffen idi. Və o özünün “Rising Sun” adlı dəbdəbəli yaxtasında karantin rejiminə keçərək “İnstagram”da fotolar paylaşmışdı. Lakin həmin vaxt sosial şəbəkə istifadəçiləri milyarderi kəskin şəkildə qınadılar və onun hərəkətini “ayıb, günah” hesab etdilər.

Bununla belə məlum olub ki, Giffen dəbdəbəli yaxtada özünütəcrid rejiminə keçən ilk zəngin deyil. “Bir sıra imkanlı ailələr bu situasiyanı göyərtələrdə keçirməyə çalışır”,-Monakodakı “Arcon Yachts” çarter departamentinin rəhbəri Yuliya Perzoni deyir. Onun sözlərinə görə, fevral ayından başlayaraq 4-6-8 həftəlik yaxta kirayələyənlərin sayı kəskin artıb.

Artıq bir neçə həftədir ki, Amerikanın broker şirkəti “Northrop & Johnson” müştərilərin artdığının şahidi olur. O cümlədən Londondakı yaxta-broker şirkəti “Burgess”də uzunmüddətli çarterlərə sifarişlərin artdığını bildirir. “İnsanlar virus qasırğasında salamat qalmağa çalışırlar. Məsələn, ailələrdən biri yaxtanı 9 həftəlik kirayələdi. Yaxşı iqlimi olan regionda yaxta özünütəcrid etmək üçün pis variant deyil. Böyük yaxtalar bir neçə aylıq ərzaq və digər zəruri mallar ehtiyatı üçün kifayət qədər yerə malikdir, bu isə o deməkdir ki, yaxta bir neçə ay sahillə təmasda olmadan dənizin ortasında qala bilər”,-şirkətin baş direktoru Conatan Bekett bildirib.

O qeyd edib ki, yaxta kirayələyənlər göyərtədə uşaqları üçün təhsil təşkil edir, o cümlədən şef-aşbazlarla kulinariya dərsi verir və vaxtlarını həm səmərəli, həm əyləncəli keçirməyə çalışırlar.

Yaxta icarəsi biznesi ilə məşğul olanlar deyirlər ki, zənginlər koronavirus haqda eşidən kimi öz gəmilərində dezinfeksiya işləri aparıblar və ekipaj üzvlərinin sağlamlıqlarını müntəzəm nəzarətdə saxlayırlar. Zənginlər koronavirusdan qorunmaq üçün yaxtalarla ABŞ-dan cənublara, Karib hövzəsinə, Maldiv və Seyşel adalarına üz tuturlar. Habelə Alyaskaya, sakit okeanın cənub hissəsindəki adalara və Çilinin ucqar sahillərinə üz tutanlar da var.

Ekspertlərin qiymətləndirmələrinə görə, bir həftəlik yaxta kirayəsi 100 min dollardan çoxdur, meqayaxtaların həftəlik kirayəsi isə ekipaj və yanacaq xərcləri çıxılmaqla 600 min dollara yaxındır. Burada yaxtanın ölçüsünün əhəmiyyəti var, gəmi nə qədər böyük olsa o okeanda pis hava şəraitinə də o qədər yaxşı davam gətirə bilər. İndi Karib sahillərində yaxta trafiki o qədər artıb ki, ekipaj üzvləri yanacaq götürmək üçün növbə yarandığını deyirlər. Yerli limanlar görünməmiş yüklənməyə məruz qalır. Ekspertlər onu da deyirlər ki, indiki pandemiya şəraitində yaxtaların kirayəsi ilə yanaşı satışı da artmaqdadır. (Virtualaz.org)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *