

Aparılan kampaniyada İcbari Tibbi Sığorta məsələsinin məhv edilməsi həvəsi sezilir
ÜST: “Yoluxma sayının artması koronavirusun ikinci dalğası deyil”
Epidemiya dövründə mafiya: “Koza Nostra” insanlara ərzaq paylayır
Ali təhsil müəssisələrinə qəbul imtahanları bir mərhələdə təşkil olunacaq
“Təəssüf ki, son vaxtlar koronavirusla mübarizədə müsbət dinamikanı itirməyə başlamışıq”
Ölkələr qlobal böhrandan və təcrid rejimindən çıxış yolları arayır
Pandemiyanın “bir gecə”də ortaya çıxardığı yeni TV formatı
“Çin virusu gizlətdiyinə görə cavab verəcək”
Milyonçular koronavirusdan qaçmaq üçün yaxtalarda özlərini təcrid edir
Koronaqiyaməti kruizdə atladan insanlar quruya çıxmaq istəmir
Koronavirusun ən qorxunc tipinin Avropada yayıldığı üzə çıxdı
Azərbaycanda karantin rejimi yumşaldılır
Xəstəliklə mübarizə həkimlər üçün işgəncədir
Koronavirusla bağlı bir şok, iki şad xəbər
Qurbanlarının sayı 20 minə yaxınlaşır
Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, son günlər ABŞ və bəzi qərb ölkələri tərəfindən koronavirus pandemiyasının qarşısının alınması üçün yetərli iş görməməkdə və hətta virusun yayılması barədə vaxtında xəbərdarlıq etməməkdə günahlandırılan Tedros Adhanom Gebreyesus həyacan təbili çalır.
“Politico” nəşri xəbər verir ki, ÜST rəhbəri Cenevrədən növbəti bəyanatla çıxış edərək bəzi ölkələrin karantin tədbirlərini məhdudlaşdırmağa başlaması nəticəsində pandemiyanın yenidən vüsət alacağı haqda xəbərdarlıq edib. Doktor Gebreyesus bildirib ki, betəri hələ qabaqdadır.
ÜST rəhbəri koronavirus pandemiyasının nə zaman daha geniş vüsət alacağını dəqiqləşdirməyib. Son rəqəmlərə görə dünyada virusa 2.6 milyona yaxın adam yoluxub, 170 minə yaxın adam ölüb. Bəzi mütəxəssislər qeyd edirlər ki, xəstəlik səhiyyə sisteminin inkişaf etmədiyi Afrikada daha sürətlə və geniş yayıla bilər.
Tedros Gebreyesus koronavirus barədə danışarkən 1918-ci ildə yayılmış “ispan qripi”ni xatırladıb. “Bu çox təhlükəli patogendir və 1918-ci ildə ispan qripi epidemiyası dövründə olduğu kimi yayılır”, - o Cenevrədə reportyorlara bildirib.
“Lakin indi bizim texnologiyalarımız var, biz bu fəlakətin qarşısını ala bilərik, bu cür böhranının qarşısını ala bilərik. İnanın bizə. Betəri hələ qabaqdadır. Gəlin bu faciənin qarşısını alaq. Bir çox adamlar hələ də başa düşə bilmir ki, bu nə virusdur”, - o bildirib.
Xatırladaq ki, İtaliya, İspaniya və Almaniya kimi ölkələr koronavirusa görə tətbiq etdikləri karantin rejimini tədricən yumşaltmağa başlayıblar.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək