vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 18 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
XADİM  
17:42 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xarakterimizdə günahı başqasında axtarmaq var»

Sabir Rüstəmxanlı Ayaz Mütəllibova görə həmkarlarını qınadı

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı ölkənin müxtəlif yerlərində tədbirlər keçirildi. Hətta, 1991 «istiqlalçı deputatlar»ın bir qismi bir araya gələrək müstəqilliyin işığına toplaşdılar. Bir məqam isə xüsusi diqqət çəkirdi. Azərbaycanın eks-prezidenti, Müstəqillik Aktına imza atan Ayaz Mütəllibov isə heç bir tədbirə dəvət olunmadı.

Eks-prezident bununla barışmasa da, qarşı tərəfin öz işi olduğunu deyib.

Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.

«Hər halda, Ayaz Mütəllibov ilk prezident olub və statusu var. Müstəqilliklə bağlı tədbirlərə dəvət olunması, ölkədə vətəndaş həmrəyliyinin və arada münasibətlərin normallaşması kimi proseslərdəki iştirakına ziyanı olmaz. Hesab edirəm ki, protokol qaydası olaraq hər il bu cür adamlar dəvət olunmalıdır. Həm ilk parlamentdə iştirak edən adamlar, həm də Müstəqillik Aktına imza atanlar, bir çox tədbirlərə dəvət olunmalıdır. Bir də görürsüz ki, əhəmiyyətli tədbirlərə elə adamlar dəvət olunur ki, heç nədən xəbərləri yoxdur. Hesab edirəm ki, müəyyən iş təcrübəsi və dünya ilə əlaqəsi olan adamların yaşına baxmadan onlardan məsləhət də almaq olar ki, respublikaya xeyri dəysin. Bəzi idarələrdə o qədər təcrübəsiz adamlar var ki, danışıqları mədhiyyəçilikdən o tərəfə keçmir. Belə adamların vəzifədə qərar tutması ölkənin gələcəyinə də zərər vurmuş olur. Sabah bu ölkəni bu cür adamlar idarə edəcək?!»

Sabir Rüstəmxanlı, «istiqlalçı deputatlar»ın təşkil etdiyi tədbirə Ayaz Mütəllibovun dəvət edilməməsini qınayıb.

«Məsələ burasındadır ki, xarakterimizdə iqtidar-müxalifət barışmazlığı, günahı başqasında axtarmaq var. Nə olar ki, bunlar eyni məclisdə yan-yana otursalar?! Bunu bir dəfə Bakıda keçirilən Avropa Oyunları zamanı stadionda gördüm. Hamı yan-yana əyləşmişdi. Dünya da dağılmadı. Nə qədər ki, bir-birlərinə qarşı barışmaz mövqe ortaya qoyacaqlar, bir araya gəlmələrini də həzm etməyəcəklər».

Xalq şairi özünün də bir çox tədbirlərə özünün dəvət olunmamasına aydınlıq gətirib.

«Əslində, tədbirləri özüm təşkil edirəm və özüm də qonaqları dəvət edirəm. Kiminsə dəvətinə ehtiyacım yoxdur. Bu ilki müstəqillik ərəfəsində ölkədə deyildim. Türkiyədə tədbirlər həyata keçirirdik. Elə müstəqillik günü ilə də bağlı orada xeyli tədbirlər keçirdik. O ilkləri ki, biz yaratmışıq, bizim adımızla bağlıdır, kiminsə keçirdiyi tədbirə dəvət gözləmirik. «Kimsə tədbirə dəvət edəcək, ya da etməyəcək» tipli sözlərə həyəcanla cavab gözləmirik. Mənim dəvət gözləyəcək, ya da «dəvət etməyiblər» deyə küsəcək vaxtım deyil.

Sabir Rüstəmxanlı, bir çox tədbirlərə dəvət edilən adamların düzgün seçilmədiyini də vurğulayıb.

«Tutaq ki, mədəniyyətlə bağlı tədbirlər keçirilir. Amma ora mədəniyyətlə əlaqəsi olmayanlar çağırılır. Yazıçıların yubileyləri keçirilir, ədəbiyyatdan xəbəri olmayan adamlar dəvət olunur. Təbii ki, bunlar anormal hallardır. Belə şeyləri qısqanmağa vaxtım yoxdur. Çünki bu cür tədbirlərə əsası olmayan adamları dəvət etməyin yanlış olduğunu onlar özləri düşünsünlər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *