vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
17:11 | 3 mart 2017 | Cümə Məqaləyə 2138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskvanı «xilaskar» elan edən «Hizbullah»

Həsən Nəsrullah Trampa niyə təşəkkür edib?

Anton YEVSTRATOV, EADaily.com

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hizbullah» Livan şiə hərəkatının lideri Həsən Nəsrullah ABŞ prezidenti Donald Trampın əcaib ifadə və tədbirlərini şərh edərək deyib: «Ağ Evdə öz səfehliyindən qürrələnən axmağın əyləşməsi bağışlanmanın başlanğıcıdır».

Şeyxin fikrincə, çətin ki yeni dövlət başçısının gəlişi ilə Amerika siyasəti hər hansı dəyişikliyə məruz qalsın: «Təzə nədir? Təzəlik budur ki, əsil simasını ikiüzlülüklə gizlədən və gözəl sözlər danışan, lakin sanksiyalar tətbiq edərək yüz minlərlə insanın aclıq çəkdiyi Yəməndə müharibəni dəstəkləyən, diktator rejimləri müdafiə edən və İslama ziyan vurmaqdan ötrü İŞİD-i yaradan prezident var idi. Tramp isə ikiüzlülüyü bir kənara qoyub. Biz ona minnətdarıq, çünki Amerika administrasiyasının ikrah doğuran, ağır və irqçi simasını açıb. Buna görə ona təşəkkür edirik. O, vəzifəyə başlarkən Amerika hökumətinin əsl təbiətini göstərib».

Nəsrullah bu zaman «Hizbullah»ın Amerikanın yeni administrasiyası qarşısında mümkün hər cür qorxusu haqda ehtimalları rədd edib: «Bizim qorxumuz çoxdan, 1982-ci ildə biz az olarkən və İsrail Livanın yarısını işğal edərkən yox olub. Biz bu gün Suriya, İraq və Yəməndə qalib gəlirik və nə Tramp, nə də irqçilərdən hər hansı biri övladlarımızın və yaşlılarımızın imanına ziyan gətirə bilər».

Şeyx bu çıxışı «Hizbullah»ın bir neçə gün qabaq vəfat etmiş ən aparıcı dini liderlərindən biri Hüseyn Übeydin matəm mərasimində edib. Şeyxin dedikləri boş sözlər deyil. Əvvəllərdənsə hazırda «Hizbullah»ln ABŞ-dan qorxmağa daha az əsası var.

Şübhəsiz, qruplaşma Suriya münaqişəsinin qalan tərəflərindən daha ağır itkilər verib (2 minə yaxın döyüşçüsü öldürülüb, 6 min nəfər yaralanıb), xeyli də qazanıb. «Hizbullah» hələ 2012-ci ildən Suriya müharibəsinə qatılmaqla tam bir sıra yönlərdə – şəhər döyüşləri və qeyri-nizami orduya qarşı fəaliyyət, müttəfiqlərlə taktiki qarşılıqlı fəaliyyət – vərdişlərini cilalayıb.

Hərəkat dəstələrinin Rusiya xüsusi təyinatlıları ilə birgə irimiqyaslı əməliyyatları haqda da məlumatlar var. Hətta şiə hərəkatının sözügedən müttəfiqlərlə qarşılıqlı fəaliyyəti çoxdan siyasi müstəviyə keçib.

«Hizbullah» əvvəllər İran və Suriyanın qeydsiz-şərtsiz dəstəyindən yararlanırdısa, indi Rusiya ilə də qarşılıqlı fəaliyyəti yüksəlib. Məsələn, şiə döyüşçülər Rusiyanın gəmi əleyhinə «Yaxont» raketlərini əldə edib və güman etmirəm ki, bunlar nə dənizə çıxışı, nə də donanması olan Suriya islamçılarına qarşı istifadə olunacaq.

Moskva ABŞ, İsrail və müttəfiqlərinin «Hizbullah»ın terrorşu təşkilat kimi sırıdğı obrazını daim rədd edir. Rusiya xarici işlər naziri müavini Oleq Sıromolotov bu günlərdə «Jerusalem Post» İsrail nəşrinə müsahibədə hərəkatı birbaşa Livan siyasi sisteminin tərkib hissəsi adlandırıb.

Lakin Rusiya ilə qarşılıqlı fəaliyyət indi «Hizbullah» üçün heç də satellit hüququnda deyil. Artıq Həsən Nəsrullah Fələstin «intifada»sına dəstək konfransında İran televiziyasına bildirib ki, Rusiya «Amerika və sionist dünya nizamına müqavimət oxuna» daxil deyil. O, İran, Suriya və öz hərəkatını, xeyli dərəcədə İraq və Yəməni, həmçinin «İslam cihadı» Fələstin qruplaşması və HƏMAS-ı bu sıraya aid edir.

Şeyx bu cür nəticə üçün əsas kimi RF-nin bəyan edilən oxa aid olmadığını  hesab edir. Nəsrullah eyni zamanda Moskva ilə «Müqavimət oxu» arasında Suriyadakı kimi kəsişən, Yəməndəki kimi uyuşmayan bərabər münasibətləri qeyd edib. Şeyx hətta Rusiyanın İsraillə qarşılıqlı fəaliyyətini yada salıb və dəqiqləşdirib ki, «Ox»un sonuncu ilə müharibəsi halında Rusiya qarışmayacaq, halbuki Moskva və «Ox» Suriyada vəhdətdədir.

Bu, bəs deyilmiş kimi, Həsən Nəsrullah həmin müsahibədə öz təşkilatının müstəqilliyini sərgiləyib, bir neçə qruplaşma və dövlətin adından danışıb ki, bu da «Hizbullah»ın təkcə Suriyada deyil, həm də bütün şiə və hətta qismən sünni dünyasında xeyli artmış nüfuzdan xəbər verir.

Suriya münaqişəsinə qarışan «Hizbullah»ın məqsədi yalnız prezident Bəşər Əsədə qarşı vuruşan İŞİD" islamçıları"nı dayandırmaq deyil, həm də Livanın baş qaldırmış yerli sünni siyasi qüvvələrinin (o cümlədən İŞİD özəklərinin) dayaqlarını sarsıtmaq idi. Hərəkatın dəstələri Suriya-Livan sərhədini faktiki olaraq bağlayandan sonra «Hizbullah»ın Livandakı durumu xeyli yaxşılaşıb. Hətta təzəcə seçilmiş ölkə prezidenti, general Mişel Aun şiə qruplaşmasının müttəfiqi nüfuzunu qazanıb.

Bu ittifaq yerli sünni radikallara qarşı durduğu bəs deyilmiş kimi, ola bilsin, hərbi yönə də malikdir. 2016-cı il noyabrın sonunda sosial şəbəkələrdə hərəkat döyüşçülərinin Amerikanın M-113 zirehli nəqliyyatında, ehtimala görə, Əl-Kuseyr şəhərində çəkilmiş fotoşəkilləri yayılıb.

Məsələ burasındadır ki, şiə qruplaşmasında əvvəllər bu cür maşınlar olmayıb. «Hizbullah» bunları hansısa ənənəvi yolla da əldə edə bilməzdi – İran, Suriya və yaxud Rusiya silahlı qüvvələrinin sərəncamında bu cür texnika yoxdur. Lakin Livan ordusunun silah cəbbəxanasında var və çox güman ki, oradan da «Hizbullah» döyüşçülərinin əlinə keçib. Düzdür, bu imkan da var ki, bu, hələ 2006-cı il müharibəsindən qənimət İsrail maşınlarıdır. Lakin hərəkat bunlara malik olsaydı da, onların 10 ildən sonra fotoaparatların obyektivinə necə düşdüyünü güman etmək çətindir.

Belə, ya elə, Birləşmiş Ştatlarla döyüşə hazır olan «Hizbullah» yaraqlıları Amerika maşınlarında – şübhəsiz, güclü və təəssürat doğuran mənzərədəir. Xüsusən də ideoloji və təbliği baxımdan. Bu fotoşəkil Həsən Nəsrullahın cürətli bəyanatlarını sanki möhkəmləndirir.

«Hizbullah» hərəkatının Yaxın Şərqdə güclənməsinə ən çox ABŞ-ın bölgədəki əsas müttəfiqi – İsrail əsəbi reaksiya verir. Qruplaşmanın Suriya münaqişəsində bütün iştirakı boyu onun mövqeləri İsrail bombardmanlarına məruz qalıb. Nəticədə hərəkatın bir neçə yüksəkçinli komandiri, məsələn, Cihad Muqniya həlak olub.

İsrail HHQ-nin son zərbələri isə noyabrın 30-da endirilib – təyyarələr «Hizbullah» dəstələrinin yerləşdiyi Dəməşq yaxınlığında hədəfləri vurub. Təl-Əvivdə başa düşürlər ki, Birləşmiş Ştatlar uzaqdadır və şiə qruplaşmasının güclənməsinin nəticəsi yəhudi dövlətinə maksimal dərəcədə təsir edəcək. (strateq.az)