vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REPORTYOR  
01:32 | 9 mart 2012 | Cümə Məqaləyə 4353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ qarlı, qizilgüllü 8 mart

Hava şəraitinə baxmayaraq, paytaxtın gül və hədiyyə mağazalarında qələbəlik müşahidə edildi

GÜNAY

MÖVZU İLƏ ƏLAQƏLİ

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Dünən Azərbaycanda çox əlamətdar, bir az da romantik 8 mart günü yaşandı. Sanki təbiət də ağ qarı ilə Azərbaycan xanımlarını təbrik etmişdi...

Bütün sahələrdə qadınların sayı artıb

...Öncə Dövlət Statistika Komitəsinin bu bayramla əlaqədar açıqladığı maraqlı statistikaya diqqət edək. Komitənin yaydığı məlumata görə, 2012-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 661,7 min nəfərini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Rəsmi məlumata görə, qadınların 58,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 24 uşaq gətirir. Ötən il doğulmuş 176,1 min körpənin 46,2 faizini qızlar təşkil edib. “Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 25 doğum evi, 214 qadın məsləhətxanası, 258 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir”- deyə komitədən bildirilib.
Qeyd olunub ki, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,0 faizi, orta ixtisas təhsili müəssisələrində 73,0 faizi, ali təhsil müəssisələrində 48,0 faizi, həkimlərin isə 63,0 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,0 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 47,0 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 35,1 faizini, bütün elmi işçilərin isə 55,3 faizini qadınlar təşkil edir.
Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Şəhər sakinləri gül mağazalarındakı qiymət artımından şikayətlənir

Bir qayda olaraq, təkcə martın 8-də deyil, iki-üç gün öncədən paytaxt Bakıda bayram ab-havası yaşanır. Hədiyyə mağazalarında, alış-veriş mərkəzlərində növbələr, müştəri sıxlığı yaranmağa başlayıb.
Şəhər sakinləri gülə tələbatın artdığı bayramda əksər gül salonlarında qiymətlərin artdığını deyirlər. 23 yaşlı Elvin Cəfərov deyir ki, aldığı gül buketi ona 30 manata başa gəlib: “Bu gülün bir ədədinin qiyməti isə 5-6 manatdır. Adi günlərdə isə 4 manat olur. Bayramdır deyə, güllərin qiymətini qaldırıblar”.
Baş çəkdiyimiz mağazaların hamısında alıcı əlindən tərpənmək olmurdu. “Neftçilər” metrosu yaxınlığında yerləşən gül mağazasının rəhbəri Sahib bəy deyir ki, başqa günlərə nisbətən bu günlərdə alıcı daha çoxdur. Onun sözlərinə görə, sahibi olduğu mağazada güllərin qiymətində artım yoxdur: “Hazırda sifarişlərimiz çoxdur. Daha çox sifariş olunan isə qızılgüldür. Onun da 1 ədədi 4-5 manatdır. Hətta bəzi mağazalarda gülün qiyməti 6 manatadır”.
Başqa bir gül mağazasının satıcısı isə qiymətlərin artımının gülün satışına mane olduğunu deyir. O, güllərin əksəriyyətinin buket şəklində satıldığını da bildirir. Belə güllərin 1 ədədi 5 manatadır. Həmsöhbətimiz xaricdən gətirilən qızılgüllərin 6 manata olduğunu deyir. Ən az alınan güllərdən biri də tülpandır. Onun sözlərinə görə, tülpanın qiyməti bəzən aşağı düşür. Alınmadığından, bəzən onun bir ədədi hətta 3 manata qədər enə bilir: “Qarın yağması işimizi çətinləşdirib. Əlimiz donub, gül buketi bağlamaq çətinləşib”. Satıcı buketin qiymətinin adi günlərdə 15-20 manata, əlamətdar günlərdə 25 manatdan yuxarı olduğunu vurğulayır: “Qar güllərin hamısını dondurub. Ola bilər ki, axşamüstü güllərin qiymətini endirdik”. Ən çox üstünlük verilənlər arasında çöl gülləri də var ki, onların birinin qiyməti 3-8 manat arasında dəyişir. İçərisində rəngarəng qızılgül və s. çiçəklər olan, müxtəlif aksessuarlarla bəzədilmiş hazır buketlərin qiyməti 40-200 manata kimi artır. Ən bahalı gül isə orxideyadır - biri 40 manat. Xanımları daha uzunömürlü gül - dibçəklərlə sevindirmək istəyənlər isə 50-100 manat ödəməlidirlər. Təbii ki, şəhərdən kənar ərazilərdə qiyməti 50 manatdan aşağı olan, ancaq daha kiçik ölçülü dibçək gülləri almaq olar.
Mağazalarda bayramla əlaqədar ən çox satılan hədiyyələr arasında yumşaq oyuncaqlar da üstünlük təşkil edir. Oyuncaqların qiyməti ölçüsündən asılı olaraq 2 manatdan başlayaraq 50-400 manata qədərdir.
Ucuz güllərə və hədiyyələrə isə metronun çıxışında onları əllərində satan satıcılara da rast gəldik. Arabaya ucuz ətirlər yığıb satan Vasif Novruzovun sözlərinə görə, onların qiyməti 3 manatdan başlayır. “Ən bahalı ətrin qiyməti isə 15 manatdır”.
Bahalı hədiyyə səbətlərinin qiyməti 50-500 manat arasında dəyişir.