vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DƏB  
14:41 | 18 iyun 2017 | Bazar Məqaləyə 4092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kişilər də əks cinsdən nəyi isə əxz edə bilər

Boydan balaca məşhurlar hündürdaban ayaqqabıları dəbə qaytarır

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» qəzetində Raçel Hosi (Rachel Hosie) yazır ki, qadınlar gözlərinin böyük olmasını istəyəndə vəsmə çəkirlər, ləkə və sızanaqları kremlə örtürlər. Belə olduğu halda bəstə boylarından əzab çəkən kişilərin hündürdaban ayaqqabı geyinməsində qəbahət ola bilərmi?

Əlbəttə, söhbət qadınların dikdabanlarından yox, hündür dabanlı kişi ayaqqabılarından gedir.

Məqalədə deyilir ki, 18-ci əsrdə kişilər üçün adi bir geyim növü olan hündürdaban ayaqqabı sonralar dəbdən çıxıb.

Amma indi məşhur moda jurnalı Voqu (Vogue) yazır ki, hündürdaban ayaqqabını dəbə məşhur, amma bəstəboy kişilər qaytarırlar.

Kanye Uest (Kanye West), Heri Stayles (Harry Styles) və Castin Biber (Justin Bieber) kimi məşhurların hamısını son vaxtlar hündür platformalı ayaqqabılarda görüblər.

Söhbət təkcə sənətçi məşhurlardan getmir. Bu yaxınlarda ABŞ prezidentliyinə keçmiş namizəd Marko Rubionu (Marco Rubio) hündürdaban çəkmələri media başlıqlarına çevrilib.

«The New York Times» qəzeti bu hadisəni zarafatla «Bootgate» adlandırıb.

Raçel yazır ki, bütün bu misallara baxmayaraq mühafizəkarlar hündürdaban kişi ayaqqabılarını qəbul edə bilmirlər.

Onların fikrincə, qadının qadın, kişinin də kişi ayaqqabısı olmalıdır.

Amma getdikcə qloballaşan dünyada kişi və qadın geyimi arasındakı sərhəd aşılanıb yoxa çıxır. Ümumən qadınların geyimində kişi geyimlərinin elementləri artır.

Odur ki, kişilər də əks cinsdən nəyi isə əxz edə bilərlər. Ələlxüsus da bu, yaxşı bir kişiyə onun özünəinamını qaytarırsa…