vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
22:30 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yahoo» heç kimdə sirr qoymayıb

Söhbət 1 milyard istifadəçinin məlumatlarından gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, «Yahoo» şirkəti ondan istifadə edən bir nəfərin də sirlərini faş edilməmiş qoymayıb. 2013-cü ildə baş vermiş haker hücumunda 3 milyard istifadəçinin şəxsi məlumatları faş olub. Bu bütün Yer planeti əhalisinin yarısı deməkdir.

Başqa sözlərlə, «Yahoo» istifadəçilərindən bir nəfərin də sirləri hücumdan qorunmayıb.

«Yahoo» bundan əvvəl ona böyük haker hücumu olduğunu etiraf edərkən söhbətin 1 milyard istifadəçidən getdiyini bəyan etmişdi, lakin indi sirləri açılmış istifadəçilərin bundan üç dəfə çox olduğunu boynuna alıb.

Faş edilən sirlər adamların ən mühüm şəxsi məlumatları olub. Söhbət istifadəçi adlarından, parollardan, telefon nömrələrindən və doğum tarixlərindən gedir.

Ekspertlər istifadəçilərə məsləhət görürlər ki, onlar arxayın olub oturmasınlar və elə hesab etsinlər ki, onlara aid həssas informasiya bədxah adamların əlinə keçib.

«Yahoo»nun sahibi olan Verizon qrupu bildirib ki, 3 milyard istifadəçinin sirlərinin açıldığı barədə məlumat şirkətin xaricindəki mənbələrdən alınıb.

«The Independent» xatırladır ki, bu ilin əvvəllərində ABŞ Ədliyyə Nazirliyi «Yahoo»ya kiberhücum təşkil etmiş Rusiya hakerləri barəsində cinayət işi qaldırıb.