vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TEXNİKA  
21:03 | 16 iyun 2019 | Bazar Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

28-dən 27-sini məhv edir

Xərçəng xəstəliyinə qarşı inqilabı kəşf

Arkansas Universitetinin alimləri qanda xərçəng hüceyrələrini aşkar edib, məhv etməyə qadir olan yeni lazer aparat yaradıblar.

“IEEE Spectrum” jurnalının məlumatına əsasən, bu aparatın kəşf edilməsi xərçəng xəstəliklərinin müalicəsində inqilabi dönüş yarada bilər. Çünki aparat qanda olan xərçəng hüceyrələrini bədxassəli vəzlərə çevrilməzdən öncə aşkar edib, məhv etməyə qadirdir.

Alimlər bildirirlər ki, ilkin sınaqların nəticələri də ürəkaçandır. Belə ki, xərçəng xəstəliyindən əziyyət çəkən 1 xəstənin üzərində aparılmış sınaq nəticəsində aparat onun xərçəng hüceyrələrinin 96 faizini məhv edə bilib.

Alimlər ilkin tədqiqatlar nəticəsində aparatın qanda 28 növ xərçəng hüceyrəsindən 27-sini aşkar etməyə qadir olduğunu deyirlər. Onların sözlərinə görə, onun bütün xərçəng hüceyrələrini aradan qaldıra bilməsi istiqamətində işlər davam etdirilir. Alimlər bununla da yeni lazer aparatının yaxın gələcəkdə bütün xərçəng hüceyrələrini məhv etməyə qadir olacağına ümid etdiklərini deyirlər.